ABŞ-ın Demokratlar Partiyasından prezidentliyə namizəd Co Bayden ABŞ-ın yeni dövlət başçısıdır.

“Report” xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Bayden Kaliforniya və Havay ştatında topladığı 61 səslə hazırki prezident, respublikaçıların namizədi Donald Trampı qabaqlayaraq 306 səs toplayıb.

Cozef Bayden prezidentlik üçün lazım olan 270 səs baryerini aşıb.

Onun respublikaçı rəqibi, hazırki prezident Donald Tramp isə 232 səs toplayıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here