Nüfuzlu “The Wall Street Journal” nəşri “Türkiyədə istehsal olunan ucuz, silahlı pilotsuz təyyarələr döyüş sahəsini və geosiyasəti dəyişdirir” başlıqlı məqalə dərc edib.
Məqalədə Türkiyə istehsalı olan “Bayraktar TB2”nin müharibə meydanlarını yenidən şəkilləndirdiyi qeyd olunur.
Bildirilib ki, ekvivalentləri ilə müqayisədə “Bayraktar TB2” funksionallığı və maliyyətinə görə daha uyğun seçimdir:
“PUA-lar Suriya, Liviya və Azərbaycanda vəziyyəti kökündən dəyişdirib. Münasib qiymətli rəqəmsal texnologiya ilə hazırlanan raketli PUA-lar Suriya, Liviya, eləcə də, Azərbaycana Dağlıq Qarabağda vəziyyəti öz lehinə çevirməyə kömək etdi”.
Qeyd olunub ki, “Bayraktar TB2” tanklar və digər zirehli maşınlarla yanaşı, hava müdafiə sistemlərini də məhv edir:
“Bu PUA-lar gələcəyin müharibələrinin ən inkişaf etmiş texnologiyaya malik bahalı döyüş vasitələri qədər, ucuz, amma təsirli döyüş vasitələri ilə şəkillənəcəyinə işarə edir”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here