Belə bir gündə Pakistandan xəbər gəldi: AZƏRBAYCANIN YANINDAYIQ
“Pakistanın Dağıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyi var. Biz münaqişənin Azərbaycanın ərazi bötüvlüyü və BMT-də qəbul olunan dörd qətnamə əsasında həllinin tərəfdarıyıq”.
Bizimsesimiz.info AzVision.az-a istinadən xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfirliyinin hərbi attaşesi İmran Əli bildirib.
“Biz istənilən məsələdə Azərbaycan və Azərbaycan xalqı ilə həmrəyik. Alxanlıda baş verən hadisə dinc əhaliyə qarşı cinayətdir”-deyə İ.Əli vurğulayıb.