Bizimsesimiz.info // Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ərzurumda AKP-nin Məsləhətləşmə İclasında çıxış edib.

Ərdoğanın çıxışı aşağıdakı kimidir:

“Şimali İraq rəhbərliyinin öz düşüncəsinə görə çəkdiyi xəritədəki bir çox yaşayış yerində ya ərəblər və türkmənlər ya da digər qruplardan bəziləri çoxluq təşkil edir. Beynəlxalq hüquq bu əraziləri necə adlandırır, bilirsinizmi? Mübahisəli ərazilər. Kərkük mübahisəli regiondur. Amma bunlar nə deyir? Bunlar deyir ki, Kərkük bizimdir. Sən nə deyirsən? Kərkükün tarixində siz varsınız? Yoxsunuz. Şimali İraqda müstəqil bir dövlət qurulmur. Tam əksinə, kimlərsə tərəfindən keflə deşiləcək, daim qanayan bir yara açılır. Bu həqiqəti görməzdən gəlmək, nə bizə, nə İraqdakı kürd qardaşlarımıza, nə də digər təbəqələrə heç bir şey qazandırmaz”.

Vətənimizi parçalamayacaq, vətənimizi bölməyəcəklər. Buna cəhd edənlər bədəlini ağır ödəyəcəklər. Hazırda ödəyirlər və ödəməyə də davam edəcəklər. Ölkədə terrorçu qalmayıncaya qədər bu mübarizəmizi davam etdirəcəyik. Burada geri addım atmaq yoxdur, çünki mənim millətimin rahatlığını pozmağa heç kəsin haqq və səlahiyyətini yoxdur. Ədalət və İnkişaf Partiyası özünü ölkəsinin və millətinin istiqlalına, gələcəyinə, birliyinə, bərabərliyinə həsr edəcək insanların partiyasıdır, bunu belə bilək. Yalnız öz gələcəyini düşünənlərin, sadəcə öz maraqlarıyla hərəkət edənlərin, öz şəxsi karyerası üçün mübarizə aparanların bu partiyada yeri yoxdur”. Təəssüf ki, ölkəmizdə “Təki AKP və Ərdoğan uduzsun, Türkiyə batsa da olar” zehniyyətli insanlar da var. Bunların bəlkə də sayları azdır, amma ətrafa yaydıqları pis qoxu çoxdur.

Bir halda ki, şərtlər dəyişdi, Şimali İraq ölkəmizi saymadan belə bir addım atdı, bunun da əvəzini ödəyəcəkdir. İsrail bayraqları ilə küçədə gəzmələr bizi kədərləndirdi. Demək ki, MOSSAD Kəşfiyyat Xidməti ilə bu hakimiyyətin keçmişi bir və bərabər imiş.

Keçmişdə etdiklərimizdən əsla peşman deyilik, amma madam ki, artıq şərtlər dəyişib, bizim özlərinə keçmişdən bəri hər cür dəstəyi verdiyimiz Şimali İraq yerli hökuməti ölkəmizi saymayacaq bir addım atıb, elə bunun da əvəzini ödəyəcəkdir”.  //eastnews.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here