Belarusda keçirilən prezident seçkilərindən sonra avqustunda 9-dan 12-dək 64 mətbuat nümayəndəsi güc strukturları tərəfindən saxlanılıb.

“Report” xəbər verir ki, bunu Belarus Jurnalistlər Assosiasiyası açıqlayıb.

Bildirilib ki, avqustun 9-da 24, 10-da 20, 11-də 12, 12-də isə 8 jurnalist saxlanılıb. Saxlanılan jurnalistlər arasında rusiyalı və ukraynalılar daxil olmaqla, bir sıra xarici jurnalistlər də olub.

Qeyd olunub ki, bəzi KİV nümayəndələri artıq sərbəst buraxılıb və ölkədən deportasiya edilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here