Tarif Şurasının dünən keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılıb, müvafiq tarif tənzimlənməsi həyata keçirilib. Modern.az Tarif Şurasının Katibliyinə istinadən xəbər verir ki, ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması və artan ölkədaxili tələbatın etibarlı təmin edilməsi məqsədilə investisiya imkanlarının genişləndirilməsi, neft emalı sənayesində yenidənqurma və modernləşdimə işlərinin həyata keçirilməsinin zəruriliyi, eləcə də ötən illər ərzində manatın məzənnəsində baş verən dəyişikliklər, artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalması nəzərə alınaraq, “Aİ-92” markalı avtomobil benzini üzrə tarif tənzimlənməsi aparılıb.

Tarif (qiymət) Şurasının iclasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Qərar bu gündən qüvvəyə minir.

Tarif Şurası qeyd edib ki, tarif dəyişikliyindən sonra da “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaq. Belə ki, hazırda “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün Gürcüstanda 0,86, Rusiyada 0,61, Qazaxıstanda 0,43, Belarusda 0,59, Ukraynada 0,98 ABŞ dolları təşkil edir.

00:02

“Aİ 92” markalı benzinin və mazutun qiymətləri bahalaşa bilər. Modern.az saytının hazırda “Azpetrol” yanacaqdoldurma məntəqəsində olan əməkdaşının məlumatına görə, gecə saat 12:00-dan sonra yanacaqdoldurma məntəqəsindəki lövhələrdə olan qiymətlər sıfırlanıb. Yanacaqdoldurma məntəqələrində olan avtomobillərə isə benzin vurulması dayandırılıb.

Yanacaqdoldurma məntəqəsində işləyən əməkdaşlar isə bildirib ki, onlara qiymətin dəyişəcəyi bildirilsə də, hansı qiymətin olacağı ilə bağlı məlumat verilməyib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here