Berlində “liberal məscid” açıldı – GEYLƏR VƏ LEZBİYANLAR ÜÇÜN

Almaniyanın paytaxtı Berlində “liberal məscid” adlı yeni ibadət yeri fəaliyyətə başlayıb.

Bizimsesimiz.info– nun APA TV-yə istinadən məlumatına görə, Höte və İbn Rüşdün adını daşıyacaq məscid 90 kvadratmetr sahədə yerləşir.

Xristian kilsəsinin məscid üçün müsəlmanlara yer verilməsi ən maraqlı məqamdır. Daha bir maraqlı məqam həmin xristianların mavi olmasındadır. Bu ibadətgahda azanı belə lezbiyan olduğu iddia edilən qadın səsləndirir.

Berlində mavi, homoseksual və feministlər üçün bir qəribə məscidin açılması ölkədəki müsəlman təbəqənin etirazına səbəb olub. Hiddət doğuran daha bir detal isə bu məscidə gələn qadınların açıq-saçıq geyimlərdə olması, baş örtüyündən istifadə etməməsidir.

Qeyd edək ki, bu qeyri-standart məscidin fəaliyyətindən narazıların çoxluq təşkil etməsindən təlaşa düşən polis oranın mühafizəsini gücləndirib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir