Beş ABŞ prezidenti xeyriyyə konsertində bir araya gəldi
Bizimsesimiz.info // Amerika Birləşmiş Ştatlarının 5 keçmiş prezidenti – Cimmi Karter, Barak Obama, Bill Klinton, Corc Buş və oğlu Georg Buş Harvey, İrma və Mariya qasırğalarının yaralarının örtülməsi məqsədilə keçirilən xeyriyyə konsertində bir araya gəldi.
Texas, Florida, Louisiana, Porto Riko və Vircina adalarında fəlakətlərdən zərər çəkən insanlara yardım toplanılması üçün Texasda universitetdə keçirilən konsertdə 5 keçmiş prezident 2013-cü ildən bu yana ilk dəfə birlikdə olublar.
Xeyriyyə konsertində “Qremmi” mükafatçısı, amerikalı müğənni Ledi Qaqa, Alabama qrupu, Sem Muur (Sam Moore), Yolanda Adams, Liil (Lyle) Lovett və Robert İrrel Keen oxuyublar.
Qeorq H.V.Buşun sözçüsü Cim Makqrat (Jim McGrath) keçmiş prezidentlərin dəstəyilə 7 sentyabrdan bu yana keçirilən xeyriyyə (ianə) kampaniyasında 31 milyon dollar toplanıldığını açıqlayıb.
Konsert zamanı təbrik videosu ilə ABŞ prezidenti Donald Tramp sələflərini “ABŞ-ın ən yaxşı dövlət kollektivi” adlandıraraq deyib: “Bu ecazkar səy bizə Allahın əmrində həqiqətən tək millət olduğumuzu, dəyərlərimizlə birlikdə və bir-birimizə bağlı olduğumuzu xatırladır”.
B.Obama, Q.Buş, C.Karter və B.Klinton isə qısa çıxışlarında D.Trampın adını çəkməyiblər.