Doğru Yol Partiyası Təşkilat Komitəsindən Bizimsesimiz.info – ya daxil olan məlumata görə partiya Amerikanın son aylar iqtisadi- maliyyə sanksiyalarına etiraz bəyanatı yayıəb. Bəyanatda Amerika imperializminin müsəlman dünyasının iki böyük dövlətinə qarşı siyasi, itisadi- maliyyə təzyiqlərinə münasibət bildirilməklə tənqid edilmişdir. Bəyanatın tam mətni aşağıdakı kimdiir.

” Doğru Yol Partiyası Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsinin Amerikanın qardaş Türkiyə və İran İslam Respublikalarına qarşı siyasi, iqtisadi təzyiqləri ilə bağlı BƏYANATI

Qardaş Türkiyə və İran İslam Cümhuriyyətlərinə qarşı dünya sionist-müstəmləkəçi qüvvələrinin son günlər başlatdığı siyasi, iqtisadi- maliyyə savaşını qınayır, Türkiyə və İran xalqını dəstəklədiyimizi bəyan edirik.

Türkiyə də 15 İyul çevriliş cəhdindən sonra istismarçı Qərb və onun əlaltıları bu ölkənin son zamanlar əldə etdiyi uğurlardan əndişələnərək, dünyada ədalətli bir sistemin yaranmasından qorxaraq bu səfər bu ölkəyə qarşı maliyyə sabotajına əl atıblar. Məlumdur ki, istismarçı Qərbin istədiyi yeganə şey Türkiyəni, İranı bütövlükdə isə bütün İslam dünyasını özünə tabe edərək , dünyada öz hegemonluqlarını tam təmin etməkdir. Onları narahat edən müsəlman dövlətləri içərisində doğru siyasi kurs tutmuş Türkiyə və İranın sanksiyalar ilə iradəsini qıraraq İslam dünyasında inteqrasiya prosesinə mane olmaqdır.

Türkiyənin İranla əlaqələrinin genişlənməsi və dərinləşməsi, Rusiyadan S400 raketlərinin alışı, Rusiya ilə münasibətlərin istiləşdirilməsi, Amerika Qüdsü İsrailin paytaxtı olaraq tanıdığı zaman bu qərara BMT səviyyəsində beynəlxalq təzyiqin göstərilməsi, Qətər böhranında Türkiyə və İranın eyni mövqedən çıxışı mənfur gücləri narahat etmişdir.

Doğru Yol Partiyası Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsi olaraq Türkiyə və İran dövlətlərinin beynəlxalq müstəmləkəçi qüvvələr qarşısında dirənişini alqışlayır, xalqlarının mücadilə əzminə dəstək olduğumuzu bildiririk.

Ümid edirik ki, Türkiyə və İran xalqı, bu iki dövlət iqtisadi çətinliyi mərdlik və cəsarətlə adlayacaq, beynəlxalq aləmdə yeni Adil Düzənin qurulması üçün çalışacaq, dollar asılılığından xilas olmaq üçün vahid valyuta mübadiləsini həyata keçirəcəklər.

Doğru Yol Partiyası olaraq dünyada zülmün, istismarın bitməsi və gücün deyil, Haqqın üstün olması üçün, milli dövlətlərinin müstəqilliyi üçün mücadilə edib beynəlxalq imperializmin zülmünə məruz qalan xalqları, dövlətləri dəstəkləyirik.

Bakı şəhəri 17 Avqust 2018-ci il “

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here