“Beynəlxalq terrora Səudiyyə Ərəbistanı və ABŞ məsuliyyət daşıyır”
Bizimsesimiz.info // İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif: “1998-ci ildən bu yana beynəlxalq terrorun təxminən 94 faizinin məsuliyyətini Səudiyyə Ərəbistanı daşıyır”, – deyib.
Amerikanın PBS kanalına verdiyi müsahibədə vəhabiliyin Ərəbistanın rəsmi ideologiyası olduğuna toxunan C.Zərif: ”Səudiyyə rejimi neft dolarları ilə dünyada dini radikalizmin yayılmasına səbəb olub”, – söyləyib.
İranlı nazir ABŞ Əkiz qüllələrinin hədəfə alındığı 11 Sentyabr 2001 hücumunun da vəhabilikdən qaynaqlanan həddindən artıq radikaların hərəkəti olduğunu, dünyada terrorun bu ideologiyaya xidmət edən adamlar tərəfindən törəndiyini və artdığını bildirib: “DAEŞ və digər radikal düşüncəyə malik terror təşkilatları xalqları hədəfə alır. Amerika Birləşmiş Ştatları üçün hansı ölkənin terrora dəstək verdiyinin əhəmiyyəti yoxdur. ABŞ üçün mühüm olan silah satmaqdır. Amerika prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına mayda səfər etdi, silah satışı razılaşması üçün. Trampın Səudiyyə Ərəbistanı səfəri zamanı iki ölkə 110 milyard dollarlıq silah satışı müqaviləsi imzaladı”.