“Təəssüf ki, belələri əvəzinə, heç bu 30 ildə  Şuşanı xatırlamayan, on illərlə gənclərimizə bayağılıq təlqin edən kəsləri aparırlar o müqəddəs torpağa…”

 

 “Səhv etmirəmsə, 1992-ci ilin qışı idi. Şuşa ətrafındakı döyüşlərdən birində, Əjdaha bulağı deyilən yerdə yaralanmış, eyni zamanda PDM-in dəm qazından zəhərlənmişdim…  Məni Şuşa xəstəxanasına gətiriblər. Bir gün özümə gəlməmişəm… Ayılanda gördüm ki,  bir göyçək xanım yaralı kimi mənə qulluq edir; “sistem” köçürür, alnımı silir, axşam  ayaqlarımı qoymaq üçün vedrədə isti su gətirir… Əmimqızı da xəstəxana da işləyirdi. O, yanıma gələndə soruşdum ki, mənə qulluq edən xanım kimdi belə, onu heç bizim xəstəxanada görməmişəm. Cavab verdi ki,  bəs tanımırsan,  müğənni dır; Bakıdan könüllü olaraq yaralılara xidmət üçün bizə dəstək verməyə gəlib… İnanırsınız, bunu biləndən sonra utandığımdan gecə saat 2-də çarpayının altından avtomatımı  götürüb xəstəxanadan qaçdım düz 777 saylı hərbi hissənin qərargahına…”
Bu maraqlı hadisəni Moderator.az-a açıqlamasında tanınmış Qarabağ qazisi, istefada olan kəşfiyyatçı polkovnik Azay Kərimov nəql edib.
Söhbətinin davamında keçmiş döyüşçü zabit belə deyib:
“Bu xatirəni ona görə danışıram ki,  Mədəniyyət Nazirliyi,  eləcə də Şuşa İcra Hakimiyyəti ermənilərdən azad olunmuş Şuşaya gedənlərin siyahısını müvafiq qurumlara verəndə, ilk növbədə, Flora xanım kimi Şuşanı əsl mənada sevən, onun müdafiəsi zamanı əlindən gələni edənləri nəzərə almalıdır. Məsələn, gözəl müğənnimiz  Zöhrə Abdullayeva… Hər dəfə Qarabağ, Şuşa adını eşidəndə gözləri dolur… Təəssüf ki, belə layiqli mədəniyyət xadimlərinin əvəzinə, heç bu 30 ildə Qarabağı, Şuşanı yada salmayan, on illərlə xalqımıza, gənclərimizə milli qeyrət, vətənpərvərlik hissləri yox, əksinə öz konsert və şoularıyla bayağılıq, bambılılıq təlqin edən kəsləri aparırlar o müqəddəs torpağa… Elə vaxtilə Şuşadan ötrü canını qoyan bizi kimi qazilər də hələ Şuşanın, Cıdır düzünün, Kəlbəcərin, Laçının intizarındadır…
Eybi yox, təki Vətənimiz, dövlətimiz, ortdumuz var olsun!.. İnşallah, gün gələr, biz də o doğma yurdları gəzər, görərik…”
Sultan Laçın

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here