Binəli Yıldırım Özbəkistana səfərə gəlib

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Özbəkistana səfərə gəlib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, “Esenboğa” hava limanında parlament sədri jurnalistlərin suallarını cavablandırıb.

B.Yıldırım bildirib ki, yüksək səviyyəli səfərləri nəticəsində Ankara və Daşkəndin münasibətləri strateji əməkdaşlıq səviyyəsinə çatıb.

B.Yıldırımın səfər çərçivəsində Özbəkistanın prezidenti, baş naziri və digər rəsmi şəxslərlə görüşləri olacaq.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir