«Əzizim,məni bağışla»

«Əziz balam,qulaq as!Sən öz yatağında mışıl-mışıl yatan zaman mən bu kəlmələri sənə deyirəm.Sən öz balaca əlinin birini sinənə,o birisini isə başının altına qoyub yatıbsan.Mənsə gizlincə sənə tamaşa edir,öz səhvlərim haqqında dərin dərin düşünürəm.

Övladım!Doğrusu, sənə qarşı çox kobudluq etmişəm.Həmişə səni ayaqqabılarının çirkli olduğuna görə danlamışam.Elə ki,əşyaları,oyuncaqlarını yerə atırdın,qəzəblə sənin üstünə qışqırırdım.Yemək yeməyinə müxtəlif cür eyiblər tutur,səni böyüklərlə müqayisə edirdim.Yadındadırmı,bir gün elə ki, sən məktəbə,mən isə,qatara minmək üçün stansiyaya tərəf yollandıq,sən əlini tərpədərək mənə «xudahafiz ,ata» -deyəndə, mən sənin cavabında dedim:»Belini əymə,düz dayan!»

Axşamüstü evə dönəndə səni küçədə yerə oturub oynayan gördüm.Ayaqlarında ayaqqabı yox idi və corabların cırılmışdı.Mən qəzəblənərək dostlarının yanında sənə şillə vurdum ,səni əsəbi halda evə apardım.Yolda ele hey deyinirdim: «Bilmirsənmi ki,corabların bahalıdır? Pulunu özün versəydin,ürəyin yanardı bu cür diqqətsizlik etməzdin».

Mənim balam,görəsən,sən məndən bu cürmü rəftar gözləyirdin?!

Yadındadırmı,mən mütaliə otağında qəzet oxuyarkən qorxa-qorxa yanıma gəldin?Qəzetin yuxarısından sənə nəzər saldım.Məni mütaliədən ayırdığın üçün sənə əsəbləşdim və hövsələsiz şəkildə səndən soruşdum: » Nə istəyirsən?»Sən isə cavabında » heç nə» dedin.Amma birdən öz kiçik əllərini boynuma dolayıb üzümdən öpdün.Bəli,sən bu işi fövqəladə mehribanlıq,gülərüzlə etdin.Bundan sonra isə,tələsik pilləkanlarla yuxarı qalxdın.

Əzizim! Gedişindən biraz keçməmişdi ki,qəzet əlimdən yerə düşdü.Mən fikirə getmişdim.Bu vaxta kimi sənə eyib tutub hansı nəticəyə yetişmişəm?Ələ gətirdiyim bu olub ki,bu xasiyyət məni hirsli,eyib axtaran birisi kimi övladıma göstərib.Mənim hərəkətlərim səni sevmədiyimə görə deyildi.Mənim bu səhv hərəkətimin səbəbi səni özüm ilə müqayisə etdiyim üçün idi.Mən bilmirdim ki,sənin kiçik ürəyin bu qədər işıqlı və genişdir.

Bəli,mənim balam.Bu gecə sənin yatağının kənarına gəlmişəm.Günahkar və xəcalətli şəkildə dizi üstə dayanmışam.Bilirəm ki,ürəyimdə dediyim bu sözlərdən elə bir şey başa düşməyəcəksən.Amma əmin ola bilərsən ki,sabahdan sənin üçün əsl ata olacağam.Qəminə və sevincinə şərik olacağam.Mən indi sənə nəzər saldıqda görürəm ki, yox … sən yalnız kiçik bir uşaqsan.Sən həmin uşaqsan ki, bir neçə gün əvvəl ananın qucağında ağlayırdın.Deməli,sən hələ uşaqsan və uşaqlardan böyüklərin rəftarın gözləmək olmaz.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here