Bir cəmiyyəti korlayan on  xəstəlik

1.Rüşvət:
Bir cəmiyyətdə rüşvət yaygınlaşar, adiləşər və insanlar tərəfindən normal qarşılanarsa, o cəmiyyət Peyğəmbərlərinin diliylə iqtisadi, siyasi, əxlaqi və sosial bütün bəla və müsibətləri öz üzərlərinə davət etmiş olarlar. Çünki, Hz.Peyğəmbər ﷺ “Rüşvəti alana, verənə və vasitəçilik edənə lənət etmişdir.” (İbn Macə, Eḥkam, 2; Müsnəd, V, 279)
*

  1. Tapşırılma və imtiyaz:
    Bir cəmiyyətdə imtiyazlı bir zümrə formalaşar və bu imtiyazlı zümrə, bir yolunu, bir tanıdığını, bir istinadını, bir fətvasını və bir “donunu” taparaq işlərini həll etməyə və etdikləri  təqsir və cinayətlərin cəzalarından qurtulmağa başlayarsa, o cəmiyyət həlakın eşiyinə gəlmiş olar. Çünki, Hz. Peyğəmbər ﷺ buyurur ki: “Sizdən öncəkilər ancaq aralarında nəcabətli,kübar ,güclü, zəngin, məqam və nüfuz sahibi birisi oğruluq etdiyində (və ya bir cinayət etdiyində) onu buraxmaları, zəif biri oğurluq etdiyində (və ya bir cinayət etdiyində) isə ona cəza vermələri səbəbiylə həlak olmuşdur. (Buxari, Ənbiya, 54)
    *
  2. Qohumbazlıq ,nepotizm:
    Bir cəmiyyətdə qohum, dost-tanış tərəfkeşliyi mövcud olarsa, nemət paylaşımında, imtahanlarda və mühazirələrdə və ya hər hansı bir işlərdə hər kəs öz tanış-bilişini önə çəkməyə,tərəfkeşliyini etməyə çalışarsa o cəmiyyət böyük bir xəyanət quyusu içinə yuvarlanmış olar. Çünki, Hz. Peyğəmbər ﷺ buyurur ki: “Hər kim aralarında ondan daha ləyaqətlisinin,layiqlisinin olduğunu bildiyi halda (bir tanıdığını) idarəçi edərsə (bir vəzifəyə gətirərsə) Allaha, Rəsuluna və İslam cəmiyyətinə,topluluğuna xəyanət etmiş olar.” (Camiussağir, 2949)
    *
  3. Əhillilik və ləyaqətin ortadan qalxması:
    Bir cəmiyyətdə əhil olmaq və ləyaqət,layiqlik prinsipi diqqətə alınmazsa,o cəmiyyətin nizamı bütünlüklə korlanar, xaos və nizamsızlıq çoxalar. Hz. Peyğəmbər ﷺ buyurur ki: “Əmanət zay edildiyi vaxt qiyaməti gözləyin! Əmanətin zay edilməsi demək işin əhli olmayanlara verilməsi deməkdir.” (Buxari, Riqaq, 35)
    *
  4. Xalqın malına xəyanət:
    Bir cəmiyyətdə xalqın malına xəyanət yayğınlaşarsa və insanlar ümumun malını lazım olduğu kimi qorumazlarsa Allah bu dünyada onlara verdiyi nemətləri əllərindən alar. Axirətdə isə boyunlarında xəyanət etdikləri mallar olduğu halda hüzuruna çağırar və sorğulayar. Hz. Peyğəmbər ﷺ buyurur ki: “Kimi bir işdə vəzifələndirib (etdiyi işin qarşılığı olaraq) bir məbləğ vermişsək, onun bu məbləğ,məvacib xaricində alacağı hər şey (ümuma,ictimaiyyətə) xainlikdir. Kim (ictimaiyyət malına) xəyanət edərsə qiyamət günü xəyanət etdiyi şey ilə birlikdə gələr. (Əbu Davud, İmarə, 9-10; Tirmizi, Ehkam, 8)
    *
  5. Qul haqqına xəyanət:
    Bir cəmiyyət qul haqqına, yetim haqqına, fəqir-füranın ,məzlumun haqqına riayət etməzsə o cəmiyyət, məzlumların sahibi olan Allahın qəzəbini üzərlərinə  çəkməkdən və axirətdə də əməllərinin zay olmasından qurtula bilməz. Çünki, Hz. Peyğəmbər ﷺ buyurur ki: “Axirət günündə nə qızıl, nə də gümüş pul vardır. Bu səbəblə haqsızlıq edənin yaxşılıq və savabları varsa, bunlardan alınıb haqq sahibinə verilər. Əgər savabı yoxdursa, zərəçəkənin günahları ona yüklənər.” (Tirmizi, Sıfatül-qiyamə, 2)
    *
  6. Lyuks, israf, təkəbbür və vecsizlik:
    Bir cəmiyyətdə məqam və stol,mövqe,nüfuz sahibləri lyuksa,cah-cəlal və israfa düşərlərsə, təkəbbürə qapılıb məzlumların, zərəçəkənlərin,kimsəsizlərin və xalqın səsinə qulaq verməzlərsə, Allah da onları düşmənlər, böhranlar və sıxıntılarla baş- başa buraxar. Çünki, Hz.Peyğəmbər ﷺ buyurur ki:  “Bir idarəçi və ya səlahiyyət sahibi kimsə qapısını ehtiyac və zərurət sahiplərinin üzünə qapadarsa, Allah da mütləq onun ehtiyac, zərurət və istəklərinə qarşı göyün qapılarını qapadar.” (Camiussağir, 7996)(yəni o kimsələrin duası qəbul olmaz)
    *
  7. Dünyəviləşmə və hədsiz mal sevgisi:
    Bir cəmiyyət vəhn xəstəliyinə(yəni dünya sevgisinə) yaxalanıb dünyəviləşərsə, mal, məqam, mövqe,nüfuz, sərvət, şəhvət və şöhrət xatirinə mənəvi dəyərlərini bir -bir fəda edərsə, olduğu mövqenin,tutduğu stol və məqamın;nəzarət etməli,məsul olduğu büdcənin və haqqına girdiyi insanlarla imtihanını itirərsə o cəmiyyət içdən çürümədən və pozulmaqdan qurtulmaz. Çünki, Hz. Peyğəmbər ﷺ buyurur ki: “Sizdən öncəkiləri mal sevgisi həlak etdi. (Bu sevgi) onlara qohumlarıyla və dostlarıyla münasibəti,əlaqəni kəsməyi əmr etdi, kəsdilər. Simicliyi əmr etdi, simicləşdilər. Günahı əmr etdi, günaha girdilər. Zülmü emr etdi, zülm etdilər. Ən sonunda da həlak oldular.” (Camiussağir, 2906)

*

  1. Haqsızlıq və ədalətsizlik:
    Bir cəmiyyətdə baş verən haqsızlıqlar və ədalətsizliklər qarşısında güc və səlahiyyət sahibləri lazım olanı edib ədaləti təsis etməzlərsə,baş verən bütün yanlışların vəbalından bir pay da onların üzərinə olar. Çünki, Hz. Peyğəmbər ﷺ buyurur ki:   “Dövlət himayəsi ən böyük hami,himayəçidir. Haqsızlıqlarla onun vasitəsiylə (yəni hüquq yoluyla) mücadilə edilər və onun vasitəsilə (təhlükələrdən) qorunular. Əgər bu himayəni istifadə edənlər Allahın buyurduğu haramlardan çəkinməyi əmr edər və ədalətlə hökm edərlərsə, bu etdiklərindən savab qazanarlar. Bunun əksinə, davranarlarsa, vəbalını çəkərlər.” (Müslim, İmarə, 43)
    *
  2. Yaxşılığı əmr etməyi və pislikdən çəkindirməyi tərk:(nəyimə lazımçılıq)
    Bir cəmiyyətdə elm əhli, qələm əhli, söz əhli, məqam və səlahiyyət əhli kimsələr, işlənilən haramları, günahları və yanlışları gördükləri halda sırf dünyalıq faydalarını, rahatlıqlarını və qazanclarını itirməmək üçün xəbərdaretmə və nəsihətetmə vəzifələrini yerinə yetirməzlərsə ,itirməkdən qorxduqları nə varsa onu mütləq itirərlər. Çünki, Hz. Peyğəmbər ﷺ buyurur ki: “Allah, aralarında günahlar (xətalar, yanlışlar, haqsızlıqlar) edildiyi halda bu günahları edənlərdən daha güclü və onları əngəlləməyə qadir ikən bunu etməyən topluluğun hamısına birdən əzab göndərər.” (İbn Hənbəl, IV, 366)

Müəllif: Abdulaziz Kıranşal

Tərcümə etdi: Nurəliyeva Əsmər

1 COMMENTS

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir