Birinci Qarabağ müharibəsində könüllülərdən ibarət taborda Qarabağ döyüşlərində ağır döyüş yolu keçmiş, müharibədən sonra ağır xəstəlikdən vaxtsız vəfat edən döyüş yoldaşımız Sirac Qəbləyevin biricik qız övladının xeyir işində yazdığım şeir.

Bir Gəlin Köçür
*
Ürəyi çırpınır, ürəyi əsir
Vüsal ayaq açib, sevinc yol kəsir.
Qəlblərdə bir sevgi küləyi əsir,
Bu axşam, bu evdən bir gəlin köçür.
*
O qədər gözəldi, sanki sonadı,
Tanrı haqdan yana, eşqdən yanadı.
Sevinən- üzülən, Leyla anadı,
Bu axşam, bu evdən bir gəlin köçür.
*
Siracın yadigarı, Siracın canı.
Ömrünün səhəri, ömrünün danı.
Bircə qız balası, könül sultanı,
Bu axşam, bu evdən bir gəlin köçür.
*
Bəxtin gözəl olsun, taxtın var olsun,
Uca yaradanım, sənə yar olsun.
Ömrün başdan-başa, gül-gülzar olsun,
Bu axşam, bu evdən, bir gəlin köçür.

Qazi, İmadəddin Səlim

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here