Bir neçə saatda 3 milyard dollar qazandı

Bizimsesimiz.info // Elektron ticarət nəhəngi “Alibaba” resursunun qurucu Cek Ma sahibi olduğu şirkətin hissə dəyərinin yüksəlməsi səbəbindən sərvətini artırıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, şirkət gəlirlərinin 50 faiz artacağı proqnozu verildikdən sonra hissə dəyərləri də bir neçə saatda yüksəlib.

Buna görə də, Cek Ma sərvətinə daha 2,8 milyard dollar əlavə edib.

52 yaşlı biznesmen hazırda 41,8 milyard dollarlıq sərvəti ilə dünyada ən varlı insanların siyahısında 14-cü yerdədir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir