“Biz İranla ticarət əlaqəsi qurmayacağımıza dair öhdəlik götürməmişdik” – Ərdoğan

Bizimsesimiz.info // Məhkəmənin nəticəsi nə olursa olsun, biz doğru olanı etdik, embarqonu pozmadıq.

SalamNews-un “Haber7″yə istinadla verdiyi xəbərə görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da Rza Zərrabın işi üzrə keçirilən məhkəmə prosesinə münasibət bildirərkən deyib.

“Sanksiyaları biz  pozmadıq. Məhkəmənin nəticəsi nə olursa-olsun biz doğru olanı etdik. Biz ABŞ qarşısında İranla ticarət əlaqəsi qurmayacağımıza dair öhdəlik götürməmişdik. Dünya ABŞ-dan ibarət deyil. Bizim İran ilə ticarət və enerji məsələlərində əlaqələrimiz  var” deyə Ərdoğan qeyd edib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.