Yəmən əhalisinin 80 faizinin, yaxud 22 milyon nəfərin humanitar yardıma ehtiyacı var

Xarici KİV-lər xəbər verir ki, bunu BMT-nin Humanitar Yardım üzrə Koordinasiya Departamentindən bildiriblər.
Təşkilatın hesabatında qeyd olunub ki, son 6 ayda ölkədə aclıqla üz-üzə qalanların sayı 6,8 milyon nəfərdən 8,4 milyon nəfərə qədər artıb.
Qeyd edək ki, 2011-ci ilin siyahıya alınmasına əsasən, ölkə əhalisinin sayı 25 milyon 130 min nəfər, 2013-cü ilin məlumatın görə 25 milyon 408 min 288 nəfər, 2016-cı ildə Dünya Bankının apardığı hesabala üzrə isə 27 milyon 580 min nəfərdir.
Xatırladaq ki, Yəməndə İranın dəstəklədiyi husi qiyamçıları ilə Səudiyyə Ərəbistanınlın başçılıq etdiyi beynəlxalq koalisiyanın müdafiə etdiyi Əbd Rabbao Mansur əl-Hadiyə bağlı hökumət qüvvələri arasında silahlı münaqişə davam edir.“Report”

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here