Bolton Maduronu dəstəkləyən Venesuela hərbçilərini hədələyib

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con BoltonVenesuela prezidenti Nikolas Maduronu dəstəklədiklərinə görə ölkə hərbçilərini məsuliyyətə cəlb etmək niyyətində olduqlarını bildirib.

“Report” xəbər verir ki, Bolton bunu öz “Twitter” mikrobloqunda yazıb.

“Dünən Kolumbiya “Lima qrupu”nun Venesuela silahlı qüvvələrinə yönəlmiş humanitar kanalı bağlamamağa dair çağırışını dəstəkləyib. Maduronun zorakılıq etmə əmrlərinə tabe olanlar məsuliyyətə cəlb ediləcəklər”, – deyə Bolton bildirib.

Daha əvvəl hindular Venesuelada milli qvardiyanın generalını əsir götürüblər.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir