Boş, xaraba və satılıq kilsələr – İslamofobianın “peçəli” üzü

Bizimsesimiz.info // Bundan bir neçə ay əvvəl İngiltərə mətbuatının və xəbər kanallarının başlıca mövzusunu, Britaniyanın Cornwall rayonunda yerləşən kənd sakinlərinin öz kilsələrini satın almaq üçün Dubay əmiri Şeyx Məhəmməd ibn Rəşid əl-Məktuma yazdıqları məktub təşkil edirdi. Şeyxin bu məktuba necə cavab verdiyi açıqlanmasa da, ingilis sosial mediasında çoxlu söz-söhbətlərə səbəb olan məsələ diqqətləri fərqli bir sahəyə çevirdi. Avropada boşalan, xarabaya qalan və satılan kilsələrə. Hazırda Avropada belə kilsələrin sayının100 minləri aşdığını xatırlatmaq məsələnin nə qədər ciddi olduğunu ifadə etmək baxımından əhəmiyyətlidir.

visiontv.az=ın verdiyi xəbərə görə, Godolphin Cross kəndinin sakinləri kilsəni alacaq pul tapmadıqları üçün ərəb şeyxinə müraciət etdiklərini açıqlayıblar. İngilis mediası müraciətə səbəb olaraq şeyxə məxsus olan məhşur Godolphin tövlələrilə kilsənin eyni ada daşımasıdır. Godolphin Cross İcma Assosiasiyasının üzvü Richar Mckie “bunun üçün şeyxə çox minnətdar” olacaqlarını açıqamışdı.

Xəbərə görə, kilsənin qiyməti 115 min funtsterliq, yəni 252.000 manat təşkil edir. Kəndlilər isə bu puluna sadəcə 25 min funtsterliq, yəni 54.700 manatını toplaya biliblər.

Əslində Dubay şeyxinə müraciət ironik xarakteri kəsb edir. Məqsəd islamofobiya gölgəsində boğulan Avropa ölkələrinin diqqətini kilsələrə çəkməkdir. Çünki Avropada İslam düşmənçiliyi aparan təşkilatlar, qruplar, partiyalar bir tərəfdən müsəlmanlara qarşı nifrət hissini qabardarkən, digər tərəfdən üstü örtülü şəkildə diqqəti “Avropanın xristian kimliyinə” çevirirlər. Avropa kimliyinin başlıca simvolu isə “kilsələr”dir.

Bəs Avopada kilsələrin vəziyyəti nə yerdədir?

Kilsə böhranı

Kilsələr və katedralar Avropa şəhərlərinin başlıca simvollarıdır. Avropada kilsəsiz şəhər tapmaq qeyri-mümkündür. Bir zamanlar Avropa dövlətərinin milyonlar xərcləyərək tikdirdyi bu əsərlər memarlığı və sənətkarlığı ilə günümüzdə də insanlarda heyranlıq oyandırır.

Lakin bu Avropanın görünən üzüdür. Görünməyən üzündə vəziyyət tamamilə fərqlidir. Avropada Godolphin Cross kilsəsi ilə eyni vəziyyəti paylaşan kilsə sayısı 100 mini keçir. Əslində Avropada gizli bir “kilsə böhranı” yaşanır.

Son maliyyə böhranından sonra minlərlə kilsə satışa çıxarılıb. Buna səbəb avropalıarda kilsəyə rəğbətin sürətlə azamasıdır. Maraqlıdır ki, Avropada İslam əleydarlığı yüskələrkən, elə eyni sürətlə də kilsəyə rəğbət azalır. Bəzi çevrələr islamofobiyadan istifadə edərək diqqəti bu tərəfə yönəltmək niyətindədirlər.

Ölkələrə görə kilsələrin vəziyyəti

Rəsmi rəqəmlərə görə, 1990-cı ildə sadəcə İsveçdə kənd və qəsəbə sakinlərinin 86 faizinin kilsələrə getdiyi halda, bu gün sadəcə 30-45 faiz kəndli və qəsəbəli həftədə bir dəfə kilsənin yolunu tutur. 2030-cu ildə bu rəqəmin sıfıra düşməsi ehtimal edilir. Bəzi kilsələrin kira və kamunal borclarının ödənməsi xeyli çətinləşib. Hətta kilsə çalışanlar belə ciddi maddi böhranlar yaşadıqlarını qeyd edirlər.

2015-ci ildə İsveçdə 16 min kilsə satışa çıxarılmışdı.

İsveç Kilsələr Birliyinin rəhbəri Henrik Lindblanda görə, sadəcə, 2014-cü ildə 1 milyona yaxın (940 min) insan kilsəyə getməyi tərk edib.

Boş kilsələrin alıcıları da az deyil. Bəzi müsəlman camaatlar bu kilsələri alıb məscidə çevirirlər. Bəzi kilsələr isə şirkət binalarına, sərgi salonlarına, restoranlara çevrilir. Stokholmdakı tarixi Müqəddəs Paul kilsəsi 3,5 milyon avroya şəhərin öz bələdiyyəsi tərəfindən satın alınıb.

Eyni vəziyyət Fransa və Almaniya üçün də labüddür. Fransanın kiçik qəsəbəsi Gestedə yer alan Müqəddəs Pierre-aux-Liens kilsəsinin rəhbəri Jean-Pierre Lager, “bir vaxtlar kilsəmiz evlənənlər və uşaqlarını vaftiz edən ailələrlə dolub daşırdı. İndi vəziyyət çox ağırdır. Kilsənin təmiri üçün lazım olan xərcləri qarşılaya bilmirik. Bəlkə də kilsəni yıxmaq məcburiyyətində qalacağıq” deyə şikayətini dilə gətirib.

Müqəddəs Pierre-aux-Liens kilsəsinin təmiri üçün 1,35 milyon avro lazımdır. Halbuki, bu pula Avropada iki yeni kilsə tikmək mümkündür.

Anjou əyalətində kilsələr baxımsızlıq ucbatından pis vəziyyətdədir. Həmin bölgədə Le-Fief-Sauvin kilsəsinin çan qülləsi 10 il əvvəl dinamitlə partladılıb. Üstəlik partlayış anının şəkili çəkilərək kilsənin giriş qapısına asılıb. Qeyd edək ki, partayış planı və məqsədli icra olunub. Kilsə bu yolla xalqda təsir yaramaq istəmiş, lakin heç bir nəticə alma bilməyib.

Məsələ burasındadır ki, böyük kilsələr və katedraların baxımı ciddi xərclər tələb edir. Bir neçə il bundan əvvəl kilsələrin böyük xərclərindən xilas olmaq üçün bir fikir səsləndirilmişdi. Buna görə, böyük kilsələri yıxıb yerində dövrün şərtlərinə uyğun kiçik və kamunal xərcləri az kilsələr tikmək gündəmə gətirildi. Bu fikir elə keşişlər tərəfindən dilə gətirilib. Ancaq fikir kəskin tənqidlərə səbəb olub. Kilsələrin qorunması üçün mübarizə aparan Jean Vaznica “əgər bu problemi həll edirsə, o zaman Notre Dame kilsəsini havaya uçursunlar” deyə sərt sözlər səsləndirmişdi.

Yeri gəlmişkən Fransanın simvolu Notre Dame kilsəsinin yıxılması fikri yeni deyildir. XIX əsrdə Paris hökuməti xərclərini qarşılaya bilmədiyi üçün Notre Dame katedralını yıxmağa cəhd göstərib. Elə o zaman Viktor Hüqo məşhur əsəri “Notre Damenin çanları”nı yazaraq katedralı yox olmaqdan xilas etmişdi.

Avropa dövlətləri kilsə xərclərini qarşılamaq niyyətində deyillər. Bəzi dövlətlər sadəcə simvolik əhəmiyyətə sahib kilsələri maliyələşdirməklə kifayətlənirlər. Notre Dame Fransa dövləti tərəfindən maliyələşdirilən bir neçə kilsədən biridir. Amma Fransanın kilsə tarixi, sadəcə Notre Damedən ibarət deyildir. Bu ölkədə 100 min kilsənin olduğundan bəhs edilir.

Fransa konstitusiyasında kilsələr dövlətin mülkü hesab olunur. Lakin, eyni qanun kilsələri tarixi əsər olaraq qiymətləndirir və sadəcə tarixi bir əsər kimi qorunması üçün büdcə ayırır. Ayrılan büdcə az olduğundan keşişlər özlərini inayələr hesabına yaşatmağa çalışır. Lakin kilsəyə gələnlərin sayı sürətlə azaldığı üçün yüzlərlə keşiş, rahib və rahibələr məsləklərini tərk edib başqa işlərlə məşğul olmağı tərcih edirlər. Çalışan din adamları isə əlavə iş görmək məcburiyyətindədirlər.

Kilsələri qorumağın yolları

Kilsə xərclərini qarşılamaq və ən azından tarixi bir əsər kimi varıqlarını qorumaq üçün müxtəlif tədbirlərə əl atılır. Ağla gələn ən yaxşı çıxış yolu kilsələri turistik məkanlara çevirməkdir. Bu məqsədlə artıq yüzlərllə kilsə restorant, otel, muzey, motel, kitab və əşyaların satıldığı mağazalara çevirilib. Lakin Avropanın bir çox ölkəsində kilsələri dönüşdürmək haqqında qanunların olmaması ciddi problem yaradır.

Fransanın əksinə İngiltərədə belə bir qanun var. İngiltərə hökuməti artıq uzun müddətdir kilsələrdən ambar, sirk salonu kimi istifadə edilməsinə icazə verib. Bəzi kiləslər artıq ambar kimi fəaiyyət göstərir. Bir kilsə isə sirk məktəbinə çevrilib. İtaliyada isə bəzi kilsələr sərgi salonları və restorant kimi xidmət göstərirlər.

Almaniyada isə kilsəllər artıq öz missiyalarını çoxdan tamamlayıb. Hələ bir neçə il bundan əvvəl Almaniyadakı məşhur 350 kilsəni yox olmaqdan xilas etmək üçün Essen keşişi böyük mübarizə başlatmışdı. Onun təşəbbüsü ilə bəzi kilsələr qocalar, kimsəsizlər və yetimlər evinə çevrilib. Bəziləri isə təhsil qurumlarının nəzarətinə verilib. Amma bu yetrəli olmadığından kilsələrin çoxu satışa çıxarıldı. Satılan kilsələrin yeni sahibləri arasında da müsəlmanlar da var. Lakin kilsələrin dağılmasına, minalanıb partladılmasına və baxımsızlıqdan yox olmasına səs çıxartmayan avropalılar müsəlman müşətirilərin adını eşidən kimi böyük səs-küy qopardırlar. Maraqlıdır ki, həmin səs-küyü öz lehlərinə çevirmək istəyənlər millitəçi partiyalar ilə kilsə mənsubları olublar.

Hamburq Mədəniyyət senatoru Karin von Veck viranəyə qalmış kilsələrin müsəlmanlara satılmasına və məscidə çevrilməsinə izin verdiyi üçün katolik və protestantların böyük təzyiqinə məruz qalmışdı. Berlində iki erməni kilsəsinin müsəlmanlara satıması aylarla Erməni diasporasının tənqidinə səbəb oldu. Ermənilər bunu “soyqırımın Avropadakı kölgəsi” kimi göstərməkdən belə çəkinmədilər.

Buna görə Avropa hökumətləri satışları bəzi şərtərə bağlamaq məcburiyyətində qaldılar. Şərtlərdən biri müsəlmanlara satılan kilsələrin çan qüllələrinin minarəyə çevrilməsinə icazə verilməməsidir. Bu səbəbdən Avropada çan qulləli məscidlər görmək heç də qəribə deyildir.

Hazırda Almaniyada 60 min kilsə bağlanmaq riski daşıyır. Mədəniyyət nazirliyinin açıqlamasına görə, Almaniyadakı kilsələrin 41 %-nin ibadət üçün təhlükəllidir. Qeyd edək ki, bu rəqəmə kənd kilsələri daxil edilməyib.

Fransa Memarlar qurumu diqqəti çəkmək üçün yox olmaq təhlükəsi yaşayan bəzi kilsələrin, xüsusilə də çan qüllələrinin şəklini çəkib internetdə paylaşaraq maraq yaratmağa çalışdı. Lakin həmin şəkillər internetdəki şəkil arxivlərini doldurmaqdan başqa təsir yaratmadı.

Səmimi avroplılar isə kilsələrə yardımı əhəmiyyətsiz hesab edirlər. Onlar üçün kilsə qədər din də maraqlı deyildir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir