Boşqabındakı küftələri qardaşına satan aktyor – Eldəniz Zeynalovun HƏYAT HEKAYƏTİ

Noyabrın 5-i tanınmış aktyor, Xalq artisti Eldəniz Zeynalovun anım günüdür. Bu il həm də mərhum aktyorun 80 yaşı tamam olur. Kulis.az bu münasibətlə Ramilə Qurbanlının “Eldəniz Zeynalovun kədərli həyatının sevincli sonluğu” yazısını təqdim edir. 

Uşaqlıq

1936-cı il dekabrın 31-dən 1937-ci ilin yanvarın 1-nə keçən gecə Bakının Yuxarı Dağlı küçəsində hərbiçi Məmmədlə Zeynəbin ailəsində bir oğlan uşağı dünyaya gəlir. Həmin vaxt ailənin divar qonşusu Abdulla Şaiq ailəsi və dostu Səməd Vurğunla yeni ili qarşılayırdılar. Məclis əhlinə evin xanımı xəbər gətirir ki, Həsənağa Salayevin bacısı, qonşumuz Zeynəbin oğlu oldu. Səməd Vurğun bu ailəni tanıyırdı, “Aybənizimiz, Gülbənizimiz var, qoy onun da adı Eldəniz olsun” -deyir.  O gecə iki qonşu mənzildə bütün badələr Eldənizin sağlığına, onun parlaq gələcəyi şərəfinə qaldırılır.

Adını şair Səməd Vurğun qoyur, taleyi isə yazan Tanrıdır… O gecə heç kimin xəyalından onun taleyi barədə düşünmək keçməzdi yəqin. Repressiyalarla dolu, o amansız 37-ci ilin ilk günündə doğulsa belə, yeni il axşamı idi, sabahkı gün hamıya işıqlı gəlirdi.

Ailədə Eldənizdən başqa daha iki oğlan böyüyürdü, amma ən dəcəli, ipə-sapa yatmayanı Eldəniz idi. Elə dövr idi ki, hamının süfrəsində ləziz-ləziz yeməklər olmazdı, bir gün tapardılar, bir gün yox. Xüsusən ət yeməkləri ayda bir dəfə olardı süfrədə. Eldəniz o biri qardaşlarının başını tovlayıb öz yeməyini də onlara verər, anasını arxayınlaşdırardı ki, guya yeməyini yeyib qurtarıb. Çox az yeyən, kaprizlərlə dolu uşaq olub. Amma bir dəfə küftənin suyunu asta-asta içib, qardaşlarının yeməklərinin hamısını yemələrini gözləyib. Onların qabı boşalandan sonra baxıblar ki, Eldənizin boşqabında küftələr diri-diri qalır, yalvarıblar ki, bizə də ver küftələrdən. Eldəniz küftəni onlara pulla satmağa razılaşıb, aldığı pula isə səhəri gün uşaq tamaşasına qardaşları üçün bilet alıb gətirib.

Onun teatra, sənətə məhəbbəti dayısı, aktyor Həsənağa Salayevlə başlamışdı. Gözünü açandan evlərində dayısının çəkildiyi filmlərdən, teatrda oynadığı tamaşalardan danışılıb. Onunla birlikdə küçəyə çıxanda insanların dayısına necə məhəbbətlə yanaşmalarının şahidi olmuşdu, bu həsəd onda sənətə məhəbbətlə bütövləşmişdi.

Tez-tez dayısı ilə onun çalışdığı Akademik teatra gedər, saatlarla məşqə tamaşa edərdi. Həsənağa Salayevin sənət dostları balaca Eldənizdə yüksək yumor hissini, istedadı hiss edib dayısının yolu ilə gedəcəyinə şübhə etmirdilər. Hamı ona artıq balaca aktyor kimi baxırdı. Bəzi uşaq rollarında səhnəyə də çıxırdı. Oynadığı tamaşa başa çatanda dayısı və onun sənət dostları ilə birgə  tamaşaçı qarşısına çıxıb baş əydikləri anları sonradan Eldəniz Zeynalov həm həyatının ən şirin xatirəsi kimi xatırlayır həm də “elə o vaxtdan başıma daş düşdü” – deyə zarafata salardı.

 

Bu minvalla Eldəniz Zeynalov o vaxtkı Teatr İnstitutuna qəbul olunur, həm də dayısından heç bir kömək ummadan, həm Tanrının verdiyi istedadın, həm də teatr səhnəsində balacalıqdan qazandığı təcrübənin sayəsində.

Tələbəlik illəri

İnstitutda müəllimlərindən biri də Adil İsgəndərov idi. O, Adil İsgəndərov ki, tələbələrini tələbə ikən kinoya çəkilməyə izn verməzdi. Deyirdi, tez ulduz olmaq onlara xeyir gətirməz, sənəti tam öyrənəndən sonra isə ulduz olsalar da ziyan gətirməz. Odur ki, teatrda 1950-ci ildən çalışsa da Eldəniz Zeynalov müəlliminin sözündən çıxıb institutda oxuduğu müddətdə (1956-1962) dəvət aldığı filmlərə razılıq verə bilmirdi. Nəhayət, elə çəkildiyi ilk film də institutu bitirən il müəlliminin ekranlaşdırdığı “Əhməd haradadır?” komediyası olur. Filmdə Əhmədlərdən birini oynayan aktyor kinoda ilk xeyir-duasını da Adil İsgəndərovdan alır. Ustad yetirməsinin böyük gələcəyi olacağını onun özünə elə çəkiliş vaxtı deyib.

Aktyorun çəkildiyi ikinci ekran işi “26 Bakı komissarı” filmi olsa da, uğur qazandığı və ekranlara çıxandan sonra əvvəlki rahatlıqla sevdiyi Bakı küçələrinə çıxa bilmədiyi film “Bir cənub şəhərində” filmi və orda yaratdığı baş rol olub. Rüstəm İbrahimbəyovun yaradıcılığını kino ilə ilk dəfə əlaqələndirən “9-cu Xrebtovı” hekayəsi əsasında Eldar Quliyevin ilk ekran işi “Bir cənub şəhərində” filmi o vaxt ekranlara çıxmaqda çox maneələrlə rastlaşdı, amma çıxdı və böyük uğur qazandı. Bu işdə Eldəniz Zeynalovun əməyi nə rejissordan, nə də ssenari müəllifindən az deyildi. Onun yaratdığı Tofiq obrazı bakılılar üçün sevimli “məələ uşağı” idisə, kinoda sanballı, komik, koloritli kişi obrazı idi.

Kinoda

Filmlər bir-birinin ardınca düzüldü. “O qızı tapın”, “Məlikməmməd”, “Bəyin oğurlanması”, “Həyatın səhifələri, “Yaramaz”, “Musiqili xaş”, “Yeddi oğul istərəm”, “Yol əhvalatı”, “Bizim Cəbiş müəllim”, “Babamın babasının babası” filmlərində yaratdığı müxtəlif rollar, onların dilindəki sitatlarla bərabər gözlərim önündən keçib, unudulmaz səsi o obrazlarla qulaqlarımda cingildəyir. “Mozalan” satirik kinojurnalında oynadığı rollar isə hər biri böyük bir ekran işinin dediyi sözü deyə bilib.

Teatrda

Akademik teatr deyəndə gözlərimiz önündən keçən çoxsaylı sənətkarın sırasında  Eldəniz Zeynalovun da siması var. Aktyor müxtəlif vaxtlarda kino çəkilişləri ilə bağlı teatrda işini səngitsə də, ümumilikdə sənət taleyini bu teatrla bağlayıb. 13 yaşında bu səhnədə ilk dəfə oynadığı Gündüz (Cəfər Cabbarlı “Sevil”) obrazından başlayaraq, müxtəlif illərdə Cabbarlının “Oktay Eloğlu”sunda Mazandaranski, “Almaz”da Mirzə Səməndər, “Aydın”da Səlim kimi obrazlar oynayıb. Bütün tamaşalarını və obrazlarını saysam, oxucum darıxar, odur ki, həyatının son illərində oynadığı bir-iki obrazı da xatırladım yetər – Saqarelinin “Xanuma”sında Akop, Əli Əmirlinin “Köhnə ev”indəki Qüdrət Qurbanov obrazlarında onu səhnədə özüm görmüşəm, baxmışam, alqışlamışam. Sonuncu dəfə “Köhnə ev” tamaşasında oynayanda vücudu xeyli zəifləmişdi. Deyilənlərə görə, dublyoru Səyavuş Aslandan xahiş edibmiş ki, qoy tamaşanı özüm oynayım, sən gəlmə, bəlkə son obrazımdır. Elə də olur. Tamaşanın sonunda Qüdrət Qurbanovun ölüm səhnəsini elə oynayıb ki, tamaşaçılar təsirdən ayrılıb alqışlamağı unudublar.

 

O dövrdə aktyorları geniş tamaşaçı kütləsi həm də televiziya ekranlarından tanıyırdı. Eldəniz Zeynalov da “Komediyalar aləminə səyahət”, “Səhər görüşləri” kimi maraqlı verilişlərdə oynadığı səhnəciklərdən də tamaşaçının sevgisini qazana bilmişdi. “Qonşu qonşu olsa” (R. Qasımova), “Nişanlı qız” (Sabit Rəhman), “Almaz” (C.Cabbarlı), “Xırs quldurbasan” (M.F. Axundzadə) televiziya tamaşalarında Mindilli, Mirzə Səməndər, Tarverdi, Qəssab kimi obrazlarla yaddaşlara yazılmışdı.

Eldəniz Zeynalov ilk fəxri adı 1974-cü ildə alıb – əməkdar artist. Bayaq yazımın əvvəlində taleyi ilə bağlı fikri nahaq yerə vurğulamadım, onun da həyat yolu dövrünün əksər sənətkarları, nə bilim, bəlkə, ümumiyyətlə əksər sənətkarlar kimi-desəm, daha düzgün çıxar, rahat olmayıb. Sənət müəlliminin qoyduğu bünövrəmi imkan verməyib, yoxsa dayısından aldığı ibrətmi, yəqin hər ikisinin rolu olub, üstünə də dövrünü gələndə səbəb anlaşılır – toylara, şənliklərə əyləndirən aktyor obrazı ilə getməyi sənətinə rəva görməyib. Teatrdan aldığı məvaciblə isə o zaman da indiki kimi dolanmaq çətin idi. Eldəniz Zeynalov da ömür boyu ehtiyac içində yaşayıb. Yaddaşlarımızda gülər üzü, optimist siması ilə qaldığı üçün elə fikirlərimi də onun özünün “lətifəfason” əhvalatları ilə əsaslandırmağa üstünlük verirəm. Bir dəfə premyeradan sonra üç aktyor ənənəyə uyğun olaraq, tamaşanı qeyd etmək üçün teatrdan çıxırlar. Biri Eldəniz Zeynalov olan bu üç aktyor yolda ciblərini yoxlayıb üçünün üstündə çəmi 50 qəpik olduğunun fərqinə varırlar. Sakit, kefsiz yollarına davam edirkən qarşılarını bir dilənçi kəsib onlardan 50 qəpik istəyir. Fikir verməyib ötüb keçirlər. Bir az gedəndən sonra Eldəniz Zeynalov –  “buna bax e, 50 qəpik istəyir e, 50 qəpik ha” – deyə öz-özünə və öz halına deyinir. Bir dəfə də Vaqif Mustafayev çəkiliş vaxtı – “Bütün aktyorlar əllərimə baxın, əlimin işarəsi ilə başlayırıq” – deyəndə Eldəniz Zeynalov – “elə işimz sizin əlinizə baxmaqdır də, qəpiyə güllə atırıq – deyə replika atıb, aktyorlar gülüşüblər. Eldəniz Zeynalov olan məclis, çəkiliş meydançası, teatr tamaşası həmişə yalnız gülüşlə, komediya ilə müşayiət olunardı, heç kim kənardan baxmaqla bilməzdi ki, bu sənətkar diqqətsizlikdən, pulsuzluqdan və ümumiyyətlə, nədənsə əziyyət çəkir.

Onun əzizlərinin, dostlarının, ailəsinin mənəvi əziyyətləri isə Eldəniz Zeynalovun içkiyə meyilli olmasından qaynaqlanırdı. Onu sevənlər bilirdilər ki, bu qədər içki bir gün onu yıxacaq. Yıxılır, sözün həm birbaşa, həm də məcazi mənasında…

Şəxsi həyatı

Həyatın keşməkeşləri, aldığın stress və həyat zərbələri təbii ki, insanın səhhətində izsiz keçmir. Eldəniz Zeynalov özünü içkiyə verməklə bu əzablardan xilas olmağa çalışırdı, amma yəqin özü də bilirdi ki, bu qurtuluş yolu deyil, əksinədir.

Ailəsində üç övlad böyüyüb aktyorun. İki oğlu, bir qızı var. Uşaqlar üçü də yeniyetməlik dövrlərini yaşayırdı. Təbii ki, ata onların gələcəyini düşünür, amma maddi imkansızlıqdan bir çıxış yolu, işıq ucu görmürdü. Həmin illərdə aktyorlara, xüsusən xalq artistlərinə ev bağışlayırdılar. Yeganə ümidi ona idi ki, bəlkə, ev versələr uşaqların gələcəyi üçün bir işıq yolu olar. Eldəniz Zeynalov nə Xalq artisti fəxri adı alanların siyahısında adını görürdü, nə də ev bağışlananların. Özünü oda-közə vururdu.

Bir gün Arif Quliyevlə danışıb rayonlara qastrola çıxırlar, kiçik monoloqlarla, səhnəciklərlə tamaşaçının görüşünə tələsirlər ki, zəhmətlərinin müqabilində evə pulla qayıtsınlar. Rayonda konsertdən əvvəl oturub yeyib-içirlər və pilləkənləri düşəndə Eldəniz Zeynalovun ayağı burxulub yıxılır. O zaman aktyorun 63-64 yaşı vardı.

53 gün Travmatologiyada yatan aktyor evə buraxılanda vəziyyəti yaxşılığa doğru deyildi. Sınan ayaq düzəlmirdi. Hərəkətsizlikdən damarlarda yığılma gedirdi.  Sənət dostu Mikayıl Mirzə onu özünün tanıdığı başqa bir həkimin yanına aparır. (İllər sonra Mikayıl Mirzə özü də ilk baxışda xırda görünən ağrılardan əziyyət çəkib, dünyasını dəyişdi – R.Q.) Bu dəfə də yaxşılığa doğru heç bir dəyişiklik olmur, əksinə Eldəniz Zeynalovun vəziyyəti daha da ağırlaşır. Bu dəfə düzgün bitişməyən sümüyü sındırıb yenidən bərpa etmək cəhdi də uğursuz nəticələnir. Görünür, şəkəri olduğundan nə yara qapanırdı, nə də ayaq düzəlirdi. Yataq vəziyyətində qalmaq onun psixoloji durumuna, ürəyinə, qan təzyiqinə də təsirsiz ötüşmürdü. Səhhəti onu əməliyyat etməyə imkan vermirdi. Aktyor artıq vəziyyətinin ümidsiz olduğunu bildiyindən çoxdan arzusunda olduğu Xalq artisti fəxri adını da laqeyd qarşılayıb. Qəzetdə bu barədə informasiyanı oxuyub onu kənara tullayıb.

Ölümdən sonrakı həyat

Xanımı Rəhimə ilə onun vəfatından sonra 40 mərasiminə bir-neçə gün qalmış Vidadi küçəsində yerləşən iki otaqlı, köhnə təmirli mənzilində görüşmüşdük.  Qadının göz yaşları ara vermədən yanaqları aşağı süzülürdü. Bütün danışdıqlarım da elə o vaxt onun mənə danışdıqlarıdır: “Ayağı bir illik yaradan sonra çürüməyə başladı. Bədəndə qan dövranı pozulmuşdu. Tərpənə də bilmirdi, yalnız uzandığı vəziyyətdə gözləri bizə nigaran-nigaran baxırdı”.

Oğlu, sonradan Dövlət televiziyasında rejissor işləyən Elbrus Zeynalov deyir ki, atamın ayağını xüsusi drellə deşəndə o mənim adımı çəkib qışqırdı, dözə bilmədim, ürəyim getdi: “Özümə gələndə onun halı nisbətən düzəlmişdi, amma mən ömür boyu o səhnəni unuda bilmərəm. Yenə ayağını düzgün bitişdirmədilər, bir il ağrı ilə yaşadı, ağrılar onun ömrünə son qoydu”.

Həkimlər əməliyyatsız düzəlmədiyini görüb, aktyorun ayağını əməliyyat etməli olurlar. Əməliyyatdan sonra Eldəniz Zeynalov özünə gəlmir, yəni huşsuz qalır. İki ay evdə huşsuz halda yatır və 2003-cü il noyabrın 5-də 64 yaşında dünyasını dəyişir.

Baxışlarında Rəhimə xanımın dediyi kimi nigarançılıq donub qalır. Arxada heç yerdə işləməyən xanımı və üç yeniyetmə övladı qalırdı. Bu nigarançılıq onun baxışlarında onunla birgə gedib. Yastığının altından sonradan sənət dostu Telman  Adıgözəlova ünvanladığı məktub çıxıb. Aktyor övladlarını, ailəsini Telman Adıgözəlova tapşırıbmış məktubda. Görünür, dostlarından yalnız ona ürək qızdırıb, xeyirxahlığına güvənib. Bir dəfə sağlığında Telman Adıgözəlovdan bu barədə soruşdum. İndiyə qədər yadımdan çıxmır, aktyor gözlərini bir nöqtəyə zilləyib harasa çox uzaqlara getdi, onu həmin yerdən növbəti sualla qaytardım, həm də çətinliklə, amma əvvəlki sualım havada qaldı, Telman Adıgözəlovun gözlərinin zilləndiyi nöqtədə.

Eldəniz Zeynalovdan sonra başsız qalan ailənin vəziyyəti daha da ağırlaşıb. Elbrus Zeynalov təhsilini başa vurub televiziyada işə düzəlsə də, anası Rəhimə xanım çiyinlərinə düşən ağır yükə və Eldəniz Zeynalovun ağır taleyinin nisgilinə cəmi dörd il tab gətirə bildi. 2006-cı ildə vəfat etdi. Ağır itkilərdən sonra sanki yıxılan üç gənc indi-indi ayağa qalxa biliblər, həyatlarına davam edirlər. Atalarının 80 illiyini də bu yaxınlarda təmtəraqla qeyd etdilər.

Eldəniz Zeynalovun ailəsindən sağ qalan qardaşı Tofiq Zeynalov uzun illər Dövlət televiziyasında rejissor işləyib, Eldəniz Zeynalovun da oynadığı “Qonşu qonşu olsa” tamaşasının rejissoru olub. Tofiq Zeynalov  hazırda təqaüddədir. Qızı İqtisad Universitetində çalışır, hələ ailə qurmayıb. Oğlu Elbrus təhsilini bitirəndən Dövlət televiziyasında çalışır. Eldəniz Zeynalovun iki nəvəsi var – Yusif və Camal. İkinci oğlu Məmməd Zeynalov İrəvan teatrında aktyordur, evlidir, bu yaxınlarda ata olacaq. Noyabrın əvvəllərində, bəlkə də Eldəniz Zeynalovun dünyadan köçdüyü gün Məmmədin oğlu dünyaya gələcək. Adını Eldəniz qoymağı planlaşdırıblar. Dünyaya ikinci dəfə Eldəniz Məmməd oğlu Zeynalov gələcək. Qədəmləri sayalı olsun…

9 COMMENTS

  1. Adbrands Update 15th Jun 2021: Unilever’s high-end beauty acquisition spree continued with a deal to add Paula’s Choice skincare. No terms were disclosed but several media outlets including WWD reported a figure of $2bn. Founded by Paula Begoun in 1995, and based in Seattle, Washington, the brand is sold worldwide mainly through direct-to-consumer channels, though it is also stocked in select prestige retailers in North America, Europe and Asia. Our premiumisation journey is accelerated through the touch and feel benefits of modern trade. We are educating consumers on the premium benefit proposition through assisted selling and counters. “My gut feeling is that prestige brands are very expensive to scale. needs to see a lot of advertising — megastars convincing them that it is the right product. And for years, you invest in brand equity and never discount the product, and after four or five years, you start making money,” said Monteyne. “Unilever never willing to invest in five years of brand equity building to scale these prestige beauty brands in other countries. That bodes badly for their new deal-making plans.”
    https://dallaskige600740.activablog.com/19530735/face-guasa
    While using sweeping and directional movements with the stone, you can control the amount of pressure. We love to use it in the morning to wake up and stimulate the sleeping muscles, and it can also be done at night. Adding just a minute or two of direct and gentle massage can help increase the detoxification of the lymphatic system which benefits skin cells. Gua Sha, when done correctly, helps to enhance blood circulation by draining the skin of excess fluids, which helps to emphasise your face’s natural contour at the comfort of your home. Thus, it’s no surprise that this tool is going viral. Say hello to newfound glow with these seamlessly fitting face massager rollers that help rejuvenate and sculpt your face. Apart from relieving muscle tension and ensuring lymphatic drainage, these beauty rollers increase blood circulation and firm the skin. When used correctly, these tools, which fit aptly into the contours of your face, can also help reduce double chin. For best results, it is recommended to be used on freshly cleansed skin after your CTM regime.

  2. You can get a discount coupon for the first order in our Telegram channel. About Buy Online & Pick Up Community Collections A combo of 20 percent vitamin C, rosehip seed, and vitamin E work together in this clean, ethically-made face serum to protect skin from future damage and correct signs of existing damage (like dark spots and uneven skin texture) too. Have some feedback? Want to see a feature? Spotted a bug? or Just want to chat? Get in touch! I’ve been using it for over a month now and while I used to rush for my concealer almost everyday to get rid of redness or under eye circles, I’ve noticed a huge improvement in the quality of my skin. “It restored my once dull skin back to its radiant glory! The serum also managed to help me reduce the milia seeds on my forehead, and I notice less imperfections on my skin.” — Alyaa
    https://critterfam.com/forums/users/lenamacgillivray/
    View All Let’s get back to basics with the Cocoa Cleans’r All-Over Cleansing Bar. The face and body bar soap is gentle enough for daily use, washing away oil and impurities to leave your skin conditioned rather than stripped. It’s suitable for all skin types and tones. If you want an easy way to store the cleansing bar, grab the Fenty Skin Soap Dish that’s efficient and cute at the same time. You’re welcome. The skincare basics set of a glamorous minimalist’s dreams, Fenty Skin resisted the temptation to cater to the maximalist beauty trends by putting out low priced quality-yet-trendy beauty products, unlike some other celebrity makeup and beauty moguls (like … did Kylie Jenner think we believed she used that apricot scrub she tried to sell us?).

  3. « Jump into Just Cause 3’s Choose Your Own Chaos, E3 playthrough videos We’ve never really been sure about the point of this cheat. It basically spawns you in mid air without a parachute. L.A. Noire is a dark police thriller. It’s also an open-world detective action-adventure experience. As such, it’s one of the most influential titles of the PS3 generation. It’s the base formula for titles like GTA or Red Dead Redemption. The title is self-explanatory, and it’s perhaps what you want to play. This is the third part of the Autobahn police simulator saga. It comes from a German developer and takes its name from Germany’s 25-mile Autobahn highway. Of course, the type of officer you’re alters often alters the story to enjoy. For example, a detective protagonist delivers a “Noire” plot; a Swat operative focuses on action-heavy gameplay, and police officers are often part of simulators.
    http://pilpolymer.co.kr/g5/bbs/board.php?bo_table=free&wr_id=29471
    Sign up to get the best content of the week, and great gaming deals, as picked by the editors. Later Alligator is a big, long goof of a game that’ll make you smile like a crocodile. Every minute of this game is crafted with love, attention to detail, and a sense of humour that could even cause you to wee yourself a little bit. And somehow, despite being a noir story about helping out a paranoid alligator by playing a bunch of minigames, it’s surprisingly relatable. Who among us has not jumped to conclusions about whether or not our weird Mafia family are plotting to kill us? PC Gamer is part of Future plc, an international media group and leading digital publisher. Visit our corporate site (opens in new tab). It’s the version I get to play as a Spy, the weakest character in the game when it comes to a straight up fight. His is a stealthy approach, often revolving around his ability to turn invisible with the aid of different types of watch. That’s deception of a sort, but not the kind that makes his the most unique and memorable role you can play in any multiplayer game. Really, the Spy is all about acting.

  4. У средства удобный и гигиеничный формат: аппликатор встроен в колпачок, флакон внутри снабжен ограничителем. Качественная упругая кисточка средней плотности позволяет наносить сыворотку точно по линии роста ресниц. Расходуется экономно. В упаковке имеется подробная инструкция. Применяется карепрост просто,  на кисточку следует нанести каплю препарата и провести им по линии роста ресниц на верхнем веке, но обязательно от внутреннего края к внешнему; Алена, 29 лет: “Мой путь к мечте, длинным и красивым ресницам, был долгим. Сначала я сделала наращивание, у меня выпали не только нарощенные, но и натуральные ресницы. В итоге пришлось восстанавливать. Я купила препарат “Карепрост”. Не верила, что поможет сначала. Но через полгода ресницы стали как прежние – и даже увеличились в длине. Всем в общем советую, кто устал от салонных процедур”.
    https://wiki-nest.win/index.php?title=Профессиональный_воск_для_бровей
    Вес Нетто, г34 МАСКИ ДЛЯ ВОЛОС © «Меломан» 2022 г. Все права защищены. и патчи для глаз Садовые товары позволят создать приятное домашнее окружение, автотовары помогут всесторонне позаботиться о своем транспортном средстве, а когда Вам захочется расслабиться, кстати будут товары для спорта, досуга и туризма. Будем благодарны Вам за оставленный отзыв на Яндекс.Маркет. Тушь для ресниц “Absolute” тон: чёрный Длинные, объемные, изогнутые ресницы и выразительный взгляд можно получить, подобрав правильную тушь и используя несколько приемов: (800) – 30 – 11 – 30 Продукты для детского макияжа представлены в большой палитре цветов. Фиолетовые, розовые, желтые, голубые и другие оттенки можно использовать для творческих выступлений или тематических праздников. по 38 ₽ без переплат Тушь для ресниц с блестками 2 в 1 детская “Дерзкий блеск” (синий)

  5. Facebook: facebook joinpokerface Join Pokerface – video online poker games, see your friends, and chat with them live while playing card games! Have a real Texas Holdem poker night from anywhere in the world with your poker friends – Play Card Games Online! – Group video chat poker game What is Poker Heat?Poker Heat is a free poker game based on the Texas Holdem poker card game. The game allows you to play for free and in real time with… I love this game other poker sites feel like your playing with bots and to know your actually looking and talking to your opponents makes it so much better. This app is great but what would make it better would be if it had a friends list where you can add people you meet on the app and also on your profile I wish it kept track by #s of how many people you sent to the wheel but other then that this game is awesome and addictive sometimes I get on and stay stuck for 6-10 hours at a time. Thank you to the creators you all are awesome keep up the good work and think about adding a friends list where we don’t have to add friends to our personal Facebook thanks happy New Years
    http://wsgulbi.com/gshop/bbs/board.php?bo_table=free&wr_id=27247
    I just downloaded it and pretty much have no idea what I’m doing In addition, you can join a team and participate in the billionaire game. At The Billionaire League, you may compete for massive prizes by playing lucky slot machines with your friends. With pals, engage in your favorite slots and split the winnings! With nearly 100 Slots to choose from, the Huuuge Casino games catalog really lives up to its name! With nearly 100 Slots to choose from, the Huuuge Casino games catalog really lives up to its name! In addition, you can join a team and participate in the billionaire game. At The Billionaire League, you may compete for massive prizes by playing lucky slot machines with your friends. With pals, engage in your favorite slots and split the winnings!

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir