Böyük Britaniya yarım ildə Səudiyyə Ərəbistanına 1,4 milyard dollarlıq silah satıb
Bizimsesimiz.info // Böyük Britaniya bu ilin yarım ili ərzində Səudiyyə Ərəbistanına 1,4 milyard dollarlıq silah və hərbi texnika ixrac edib.
Bizimsesimiz.info “Report”a istinadən xəbər verir ki, bu barədə “The Guardian” bildirib.
Qeyd olunur ki, yanvardan marta qədər London Ər-Riyada 369 milyon dollarlıq, apreldən iyuna qədər isə 1,1 milyard dollarlıq silah satıb. Liberal Demokratlar Partiyası sədrinin müavini Co Suinson Britaniya hökumətini dərhal Yəmən münaqişəsində istifadə edilən və minlərlə dinc insanın ölümünə səbəb olan silahların satışını dayandırmağa çağırıb.
“Onlar Yəməndə öz əməliyyatlarını dayandırmayınca, Səudiyyə Ərəbistanına milyard funtlarla qiyməti olan silah satmağa heç bir əsas yoxdur. Biz Səudiyyə Ərəbistanına silah satışını dərhal dayandırmağa borcluyuq”, – deyə o bildirib.
He also often cuts balls too close to his stumps which is why he plays on a lot in Test cricket zithromax-azithromycin Int J Sports Med 21 1 1 12