Böyük Britaniyadan Qətərə dəstək
Bizimsesimiz.info // Böyük Britaniya Xarici işlər naziri Johnson, Körfəz bölgəsində cərəyan edən hadisələrə münasibət bildirib.
Qətər Əmiri Şeyx Təmim bin Hamad Al Sanının böhran ilə əlaqəli açıqlamalarına toxunan Xarici işlər naziri Johnson, Qətərın Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Misir və Bəhreyn ilə arasındakı ixtilafa dialoq və danışıq yolu son qoyulması uğrunda lazımlı addımları atacaqları haqqında söz verdiyini və bu prosesə Küveytin vasitəçilik edəcəyini qeyd edib. Atılacaq bu addımların münaqişənin həllinə töhvə verəcəyinə inam ifadə edən nazir Johnson, Al Sanınin terrorçuların maliyyələşdirilməsi də daxil olmaqla terrora qarşı mübarizə mövzusunda verdiyi vədləri yüksək qiymətləndirdiyini vurğulayıb. Bu məzmunda Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreynin də embarqo tətbiqinə son qoyulmasına dair lazımlı addımları atmalarını arzuladığını, problemin həlli üçün atılası addımlara ölkəsinin dəstək verəcəyini qeyd edib.