“Yula” elan saytında 1980-ci ilin QAZ-13 “Çayka” avtomobilinin satışa çıxarıldığı barədə məlumat yayılıb.

Bizimsesimiz.info “Sputnik-Özbəkistan”a istinadən xəbər verir ki, elanda satıcı limuzinin səfirliyin qarajına aid olduğunu və  1982-ci ildə   Sovet İttifaqının lideri Leonid Brejnevin  Özbəkistana səfəri zamanı onunla Daşkəndi gəzdiyini əmin edir.

Avtomobilin satış qiyməti 30 milyon rubl göstərilir.  Məlumata görə, “Çayka”a buna qədər  iki sahib görüb və ümumilikdə cəmi iki min kilometr yol qət edib.

Limuzin 20 saniyə ərzində 100 km/s-a qədər sürət yığa bilir.  Avtomobilin orijinal mühərriki, 195 at gücü olan V-şəkilli “səkkizlik” də qorunub saxlanıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here