Bizimsesimiz.info // Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts Birləşmiş Krallığın Kral Hərbi Donanmasının Azərbaycan Hərbi Dəniz Qüvvələrində təşkil etdiyi təlimin açılışında iştirak  edib.

SalamNews xəbər verir ki, səfir öncə Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov ilə görüşərək iki ölkə arasında müdafiə və təhsil sahəsində inkişaf edən əlaqələri müzakirə edib.

Daha sonra o, Hərbi Dəniz Qüvvələrinin bazasında təşkil olunan təlimin açılış mərasimində  çıxış edib.

Səfir Britaniya və Azərbaycan Müdafiə nazirlikləri arasında təhsil və təlim sahəsində mövcud olan əməkdaşlıqdan danışıb və Britaniyanın Azərbaycanı NATO-nun etibarlı tərəfdaşı hesab etdiyini bildirib.

Eyni zamanda o, Birləşmiş Krallığın Azərbaycan ilə mövcud olan güclü əlaqələri daha da möhkəmləndirmək istəyini bildirib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here