Həyatımızı asanlaşdıran cihaz olaraq hər zaman telefondan istifadə edirik. Xüsusən də pandemiyanın yayılması ilə telefon və digər texnoloji alətlərə maraq artıb. Amma bunların artıq istifadəsi bir sıra problemlərə yol açır.

Bizimsesimiz.info xəbər verir ki, mütəxəssislərin fikrincə, telefonla çox zaman keçirmək fiziki və zehni problemlərə səbəb olur.

Müxtəlif iltihablı xəstəliklərə yol açır

Mobil cihazların həddindən artıq istifadəsi ilə əlaqəli təkrarlanan hərəkətlər həm iltihablı, həm degenerativ (toxumaların quruluşu pozulur və normal funksiyalarını yerinə yetirə bilmir) ya da əzələ və oynaqlarda nevroloji problemlər yaradır. Məsələn, həddindən artıq telefonla oynamaq baş barmaqda iltihablı xəstəliklər yaranar. Bundan başqa, əllərdə keyimə kimi problemlər də ola bilər.

Həmçinin, bütün gününü telefonla keçirmək hərəkətsiz bir yaşam tərzinə, fiziki aktivliyin azalmasına gətirib çıxarır. Bu da öz növbəsində artıq çəkiyə səbəb olur.

Əlindəki smartfon və ya tabletə həddindən artıq vaxt sərf etmək oturuş pozisiyalarını da pozur. Uzun müddət bu pozisiyada oturmaq əzələləri gərginləşdirir.

Bəzi araşdırmalar xüsusən yatmazdan əvvəl telefon istifadəsinin çox zərərli olduğunu göstərir. Yatmazdan əvvəl telefon istifadəsi yuxu keyfiyyətinə mənfi təsir edir və yuxusuzluğa səbəb olur. Bu da özü ilə əsəbilik və diqqət əskikliyi gətirir.

BAĞIMLILIĞIN ADI: NOMOFOBİYA

Ad ingiliscə “No Mobile Phone Phobia (cib telefonu yox fobiyası)” ifadəsinin qısaltmasından gəlir.

Cib telefonunuz olmadığı zaman aşağıdaki əlamətlərdən bəzilərini yaşayırsınızsa, böyük ehtimal nomofobiniz var və bu bağımlılıq üçün mübarizə aparmalısınız:

Evdən çıxmazdan əvvəl cib telefonunuzu götürdüyünüzdən bir neçə dəfə əmin olmaq.

Cib telefonunuzun yanınızda olmadığının fərqinə varıb, geri qayıdıb onu götürmək üçün əlinizdən gələni etmək.

Telefonunuzu unutmusunuzsa, bateryası bitib və ya işlədə bilmirsinizsə narahatlıq, əsəbilik, güvənsizlik, tez-tez ürək döyünməsi, mədə ağrısı hiss edirsinizsə

Yeni bildirişlərin gəlib-gəlmədiyini tez-tez yoxlamaq;

İnsanlar arasında münasibəti azaldır

Aparılan araşdırmalara görə, 3 nəfərdən 1-i həddindən artıq telefon və ya tablet istifadəsinin sosial həyatımıza mənfi təsir etdiyini qəbul edir. Və hər 3 nəfərdən biri telefon olmadan yaşamağın imkansız olacağını düşünür. Bundan başqa, həddindən artıq telefon istifadəsi depressiyaya, stressə səbəb olur. (medicina.az)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here