Bizimsesimiz.info // Artıq bir ildən çoxdur ki, öz ağır günlərini yaşayan “MTN dəstəsi” bu günlərdə yeni uğursuzluq dalğası ilə qarşılaşmaqdadır. Eldar Mahmudov komandasının üzlşdiyi bu dəfəki problem isə xeyli dərəcədə ilginc və düşündürücüdür.

Moderator.az -a etibarlı mənbədən daxil olan məlumata görə, həbsdə olan generalların azadlığa çıxma şansları azaldıqca onlardan üz döndərən, hətta generallara kələk gələn, açıq şəkildə sabiq MTN yetkililərinin əleyhinə gedən şəxslərin də sayı artmaqdadır. Bu qəbildən olan insanlar sırasında MTN generallarına dəyəri milyonlarla manat hesablanan mülk və torpaq sahələri “atan” şəxslər də az deyil.

Bilgili qaynağın sözlərinə görə, “MTN işi”ndə təqsirləndirilən şəxslərin çoxu illər uzunu iş adamlarından, məmurlardan aldıqları çoxlu sayda mülkləri öz ailə üzvləri ilə yanaşı, bütün yaxın-uzaq qohumları, dost və tanışlarının adına sənədləşdirib ki, bu gün həmin insanların bəzisi bu mülklərin əsl sahibi qismində çıxış edir. Başqa sözlə desək, bir vaxtlar etibarlı şəxslər kimi adlarına keçirilən mülkləri geri qaytarmaq istəməyən bu adamlar, MTN generallarının hazırkı ümidsiz durumundan istifadə edərək bu əmlakları onlara qaytarmaq imtina etməkdədir. Bütün sənədləşmələrin məhz onların adına olması da bu şəxslərin işini əhəmiyyətli dərəcədə asanlaşdırır.

Mənbənin sözlərinə görə, iş o həddə çatıb ki, mövcud durumla barışmalı olan bəzi MTN yetkililəri qarşı tərəfi “insaflı olmağa”, heç deyilsə həmin əmlakın yarısını qaytarmağa səsləyir. Lakin hələ ki, onların bu xahişinə kimsə əməl etmək fikrində deyil. Bir sözlə, görünən odur ki, bu dəfə göz görə-görə aldanılmaq sırası MTN generallarındadır. Eyniylə “nə əkərsən onu da biçərsən” məsəlində olduğu kimi…

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here