Türkiyədə mayın son həftəsi qar sürprizi ilə başlayıb. Mayın 24-də Ərzurumun Oltu bölgəsinə Ramazan bayramının son günündən başlayaraq yağan qar sakinləri heyrətə gətirib.
Moderator.az-ın məlumatına görə, may qarına tamaşa etmək üçün küçələrə axışan məhəllə adamlarının bəziləri hətta bu qeyri-adi təbiət hadisəsini koronavirus pandemiyasının bir nəticəsi kimi də yozublar.
Adamlar ilk qarı telefonlarının yaddaşına köçürərək Türkiyə boyu yüzlərlə foto və  video görüntü paylaşıblar.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here