“Bildiyiniz kimi, Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalı keçirildi. Bu festivalın uzun illər sonra yenidən Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada keçirilməsi bizi bir daha qürurlandırdı”.

Bunu Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib. O bildirib ki,  festival Azərbaycan xalqının milli birlik və həmrəyliyini nümayiş etdirir:
“Şuşa bütün dünya azərbaycanlılarının yaddaşında xüsusi yeri olan bir şəhərdir. Festivalın açılış mərasimində ali baş komandanın da söylədiyi kimi, biz burada əbədi yaşayacağıq. Bu festival isə bizim üçün qayıdış və ləyaqət bayramıdır.

Şuşada keçirilən “Xarıbülbül” musiqi festialı bizim düşmənin üzərində parlaq qələbə qazandığımızı bir daha sübut edir. Bu festivalın bizə qələbəni canları və qanları ilə bəxş edən şəhidlərimizin əziz xatirəsinə həsr olunması hər birimizi qürurlandırdı.

Şuşada keçirilən “Xarıbülbül” festivalının proqramına Azərbaycanda yaşayan müxtəlif xalqların yaratmış olduğu musiqi nömrələri daxil edilib. Bu, Azərbaycanın zəngin multikultiral dəyərlərini və ölkəmizin tolerantlıq nümunəsi olmasını bir daha dünyaya nümayiş etdirir”.

Millət vəkili onu da qeyd edib ki, cənab prezidentin səyi nəticəsində qısa müddətdə işğaldan azad olunan bütün ərazilərimizdə abadlıq, quruculuq işləri həyata keçiriləcək. Onun sözlərinə görə, qısa müddətdə Qarabağ cənnətməkana çevriləcək və belə tədbirlər davamlı olaraq bütün rayonlarımızda təşkil olunacaq.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here