İslam Əməkdaşlıq Təşkilatı (İƏT) avqustun 1-də İstanbulda üzv dövlətlərin xarici işlər nazirləri səviyyəsində İcraiyyə Komitəsinin növbədənkənar iclasını keçirmək niyyətindədir.

Bizimsesimiz.info “Report”a istinadən xəbər verir ki, görüş zamanı tərəflər Qüdsün ərəb sakinlərinin mövcudluqlarını qorumaq üçün davam edən dəstəyi, eləcə də son zamanlarda İsrail tərəfinin “Məscidül-Əqsa” məscidini ziyarətə tətbiq etdiyi məhdudiyyətlər fonunda Əl-Qüds Əl-Şərifdəki (Məbəd dağı – red.) müqəddəs yerlərlə bağlı vəziyyəti müzakirə etmək niyyətindədirlər.

Həmçinin nazirlərin bütün müsəlman dünyası adından beynəlxalq ictimaiyyətə mesaj göndərəcəyi və İsraildən Cenevrə Konvensiyasına və Fələstin məsələsi, xüsusilə onun ayrılmaz hissəsi olan Məbəd dağı ilə bağlı bütün qətnamələrə hörmət etməyi tələb edəcəyi planlaşdırılır.

Xatırladaq ki, İƏT iyulun 24-də İsrail tərəfinin “Məscidül-Əqsa” məscidini eskalasiya etməsinin müzakirəsi məqsədi ilə strukturun üzv dövlətlərin nümayəndələrinin təcili iclasını və bu məsələ ilə bağlı Bakıda beynəlxalq forum keçirib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here