Bu gün müsəlman dünyası Beynəlxalq Qüds Gününü qeyd edir
Bu gün bir çox müsəlman ölkələrində İsrail dövləti tərəfindən işğal edilmiş Fələstin torpaqlarının azadlığı naminə Beynəlxalq Qüds Günü qeyd edilir.
Bizimsesimiz.info SalamNews-a istinadla xəbər verir ki, İran İslam İnqilabının banisi Ayətullah Ruhullah Xomeyni 1948-ci ildən bəri Fələstin xalqının məruz qaldığı zülmlərə son qoymaq üçün Ramazanın sonuncu cüməsinin Beynəlxalq Qüds Günü kimi qeyd edilməsi təşəbbüsünü irəli sürüb.
Bu təşəbbüsün irəli sürülməsi ilə dünyada zülmə məruz qalmış ölkələrin və xalqların yeni hərəkatı yaranıb. Bu günün hər il qeyd edilməsi İslam dünyasında və ümumilikdə dünya xalqlarında zülmə və işğala qarşı mübarizə ruhunun formalaşmasına təkan verib.