Bu gün 20-dən çox Qərb ölkəsindən Rusiya diplomatlarının kütləvi qovulması gözlənilir.

Virtualaz.org xəbər verir ki, Böyük Britaniyanın Solsberi şəhərində keçmiş QRU polkovniki Sergey Skripalın kimyəvi silahla zəhərlənməsinə cavab olaraq Fransa, Almaniya, Polşa, İrlaniya, Niderland, Estoniya, Latviya, Litva, Bolqarıstan, Çexiya, Danimarka və daha 9 digər ölkə Rusiya diplomatarının qovulmasına dair qərarlarını bu gün açıqlamağı planlaşdırırlar.

ABŞ da bu aksiyaya qoşulmaq niyyətindədir, lakin “Reuters” bildirir ki, prezident Donald Tramp hələlik məsələni nəzərdən keçirir. Mənbələr deyiblər ki, Trampın qərarı əsasən Avropanın iri ölkələrinin qərarlarından asılı olacaq. ABŞ prezidenti əmin olmaq istəyir ki, Avropa ölkələri diplomatların xaric edilməsi aksiyasına qoşulacaqlar. Əgər belə əminlik yaransa ABŞ da bu gün ərzində qərarını elan edəcək.

Bundan əvvəl Ağ ev yanında Milli Təhlükəsizlik Şurası prezidentə Rusiya diplomatlarının Solsberi hücumuna cavab olaraq xaric edilməsi tövsiyəsini verib. Ağ evdəki iki mənbə Trampın bu tövsiyəyə əməl etməyə hazırlaşdığını bildirir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here