Bizimsesimiz.info // Bu ilin yanvar-aprel aylarında ölkədə 20 684 ölüm halı qeydə alınıb və ölüm səviyyəsi əhalinin hər 1000 nəfərinə 6,5 təşkil edib.

Xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Hesabata əsasən, bu ilin ilk 4 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 18 229 nikah və 4896 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub.

Bundan başqa, bu ilin yanvar-aprel ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 850 nəfər Azərbaycana gələn, 448 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 402 nəfər təşkil edib.

A24.Az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here