Bizimsesimiz.info // Bu ilin iyul ayı ərzində Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə 2 milyon 403 min 234 ton Azərbaycan nefti nəql olunub.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, cari ilin yanvar-iyul aylarında bu kəmərlə 15 milyon 577 min 521 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il avqust ayının 1-dək BTC-yə 337 milyon 115 min 583 ton neft vurulub.

Bundan başqa, bu ilin iyul ayında BTC kəməri ilə 486 min 269 ton Türkmənistan nefti nəql olunub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here