Bizimsesimiz.info // Günəş Kürəsi adlı cihaz sayəsində Günəşdən 10.000 qat artıq enerji əldə ediləcək.

Elmi-fantastik filmlərdən çıxmış kimi görünən bu yeni nəsil günəş enerjisi generatoru tək başına minlərlə günəş panelinin istehsal etdiyi enerjidən daha artıq enerji istehsal edə biləcək. Bu nəhəng günəş enerjisi kürəsi kompyuter dəstəyi ilə çalışan nəhəng şüşə mərmərdən hazırlanıb. İçərisində yerləşən kompüter proqramı sayəsində Günəşi davamlı olaraq təqib edir.

Əslində bu inqilabi icad enerji istehsal edərkən sadəcə Günəşdən deyil, Aydan da istifadə edir. Gecə vaxtlarında Aydan əks olunan şüaları artıraraq istehsala davam edir. Enerji kürəsinin hazırda istifadə etdiyimiz adi enerji panellərindən effektiv olaraq 10.000 dəfə daha təsirli olduğu söylənilir: “Son 40 ildir ki, günəş enerjisini PV panellərlə tutmağa çalışdıq, ancaq Dünyanın Günəş ətrafında fırlanmasına görə sabit panel məhsuldarlığını itirir”.

Kürənin iş sistemi:

Hərəkətli şüşə kürələr daim Günəşə tərəf dönərək şüaları içinə alır və top linza işıqları artıraraq içərisindəki kiçik bir nöqtədə toplayır. Bunun sayəsində enerji çox təsirli şəkildə qiymətləndirilir.

İxtiranın müəllifi Andre Broessel məhsulun ilk versiyası ilə 2013-ci ildə Dünya Texnologiya Şəbəkəsi (World Technology Network) mükafatları müsabiqəsində finalist olub, sonra ixtiranı daha da inkişaf etdirərək buludlu günlərdə və gecə də enerji istehsal edəcək hala gətirib.

Broesselin Ravlemon adı verdiyi cihaz hələ ki təkmilləşdirmə prosesində və ictimai istifadəyə verilməyib. Amma bütün diqqətləri üzərinə çəkən layihə hədəf seçdiyi büdcənin az qala 2 qatına yüksəlib. (moderator.az)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here