“Bu, mən və ailəm əleyhinə kampaniyadır”, N. Şərif
Bizimsesimiz.info // Məhkəmə yolu ilə vəzifəsindən uzaqlaşdırılan Pakistanın Baş naziri Navaz Şərif qərarın əsassız iddialara söykəndiyini söyləyib.
N.Şərif partiyasının məclis komissiyası iclasında etdiyi çıxışında deyib: “Bütün həyatım boyu ölkəm üçün çəkdiyim zəhmətlərin boşa çıxmasını istəmirəm. İqtidar həvəsim yoxdur. Tək istəyim ölkənin problemlərdən xilas olmasıdır… Müxalifət son illər korrupsiya iddiasını tez-tez gündəmə gətirirdi. Bu, mən və ailəm əleyhinə kampaniyadır… Əllərim təmizdir. Ailə fərdlərindən də heç biri hökumət qaynaqlarından sui-istifadə etməyib.”
Xatırladaq ki, Pakistan Konstitusiya Məhkəməsi 28 iyulda “Panama sənədləri”ylə ortaya çıxan hakimiyyətdən sui-istifadə maddələrilə Baş nazir N.Şərifi vəzifədən uzaqlaşdırılıb və ömrü boyu siyasətlə məşğul olmama qərarı verib. Ondan başqa, ölkənin Maliyyə naziri Məhəmməd İshak Dar da vəzifədən kənarlaşdırılıb.