Bizimsesimiz.info // Özbəkistanda kommunal borcları olan şəxslərə Həcc ziyarətinə getmək qadağan edilib.

Axar.az rus mətbuatına istinadən xəbər verir ki, bu sözləri Daşkəndin baş imamı Ənvər Tursunov jurnalistlərə açıqlamasında deyib.

O, mətbuata açıqlamasında bildirib ki, islamda borc mühüm məsələlərdən biridir:

“Borcu olan şəxs Həccə getsə, onun ziyarəti qəbul olunmayacaq. Biz bir damcı suya görə də Allah qarşısında cavabdehik. Bunu hər bir müsəlman dərk etməlidir. Hətta 1 sum (0,000253 dollar) borcu olan şəxs belə Həccə gedə bilməz“, – deyib.

Xatırladaq ki, Özbəkistanda bir neçə ildir enerji böhranı yaşanır. Ölkə sakinlərinin qaz və işığa görə borcu 1,25 milyard dollardan çoxdur.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here