Cənubi Sudan Milli Bürosu ölkə əhalisinin yarısının aclıqla üz-üzə olduğunu vurğulayaraq humanitar yardım üçün çağırış edib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, yayımlanan hesabatda ölkədəki qarşıdurmanın insanları yaşadıqları yerləri tərk etmək məcburiyyəti ilə üz-üzə qoyduğu vurğulanır və bu səbəbin məhsul istehsalına ciddi təsir etdiyi, iqtisadiyyata zərər verdiyi qeyd olunur. Nəticədə, insanlar aclıqla təhlükəsi ilə üzləşirlər.
BMT-nin UNDP humanitar yardım təşkilatının koordinator köməkçisi Alain Noudehou Cənubi Sudanda milyonlarla insanın köməyə ehtiyacı olduğunu vurğulayıb. Mövcud problem, bu günə qədər Cənubi Sudanda yaşanmış ən böyük qida böhranıdır. Alain Noudehou həmçinin vurğulayıb ki, problemin həlli üçün tərəflər müharibəni dayandırmalı, insanlar evlərinə qayıda bilməlidir.
Qeyd edək ki, 2011-ci ildə Sudandan ayrılaraq müstəqilliyini elan edən Cənubi Sudanda 2013-cü ildən bəri vətəndaş müharibəsi hökm sürür. Prezident Salva Kiir Mayarditinköməkçisi Riek Machari dövlət çevrilişi ittihamı ilə vəzifəsindən azad etməsi ölkədə müharibənin başlamasına səbəb olub. Tərəflər 2015-ci ildə razılığa gəlsə də, 2016-cı ildə qarşıdurmalar yenidən başlayıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here