Bu ölkədə 5 ildə 400 min insan öldürülüb
London Universiteti Cənubi Sudanda 2013-cü ildə başlayan silahlı münaqişə nəticəsində ölənlərin sayını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, universitetin hesabatına əsasən, son 5 ildə Afrika ölkəsində azı 382 min 900 nəfər öldürülüb. Ölənlər arasında kişilər üstünlük təşkil etsə də, qadın və uşaqların da sayı az deyil.
2018-ci ilin əvvəlindən indiyədək ölkədə 2 milyondan artıq insan daxili qaçqına çevrilib. Xarici ölkələrə üz tuta qaçqınların sayı isə 2,5 milyon nəfərdir.