Büdcədə artıq pulu qalan Sinqapur höküməti bu məbləği vətəndaşlara paylayacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə “Today Online qəzeti” məlumat yayıb və yaşı 21-dən çox olan vətəndaşlara 100-300 dollar arası pulun veriləcəyini bildirib. İllik gəliri 28 min dollar olanlar 300, 28-100 min dollar olanlar 200, 100 min dollardan çox qazananlar isə 100 dollar mükafat alacaqlar. 1-dən artıq daşınmaz əmlak sahiblərinə isə illik gəlirləri nəzərə alınmadan 100 dollar veriləcək.
Bu məbləğ vətəndaşlara ilin sonunda ödəniləcək. Ölkənin maliyyə naziri Heng Swee Keat addımı hökümətin Sinqapurun inkişaf meyvələrini sinqapurlularla paylaşmaq vədinin tətbiqi kimi qiymətləndirib.
Daha əvvəl 2011-ci ildə eyni addım atılmış, vətəndaşlara büdcədən artıq qalan puldan 100-800 dollar verilmişdi.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here