Bu ölkədə cəmi 307 nəfər işsiz var

Lixtenşteyndə işsizlikdən əziyyət çəkənlərin sayı 307 nəfərdir.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Lixtenşteyn Məşğulluq İdarəsi yayıb. İdarə oktyabr ayında işsiz insanların sayının daha 12 nəfər azaldığını bildirib. Bununla da ölkədə işsizlik göstəricisi 1,6%-ə enib.

Qeyd edək ki, Lixtenşteyn Avropanın ən kiçik dövlətlərindən sayılır. 38 min nəfər əhalisi olan ölkədə çalışanların sayı 37500 nəfərdir. Ölkə iqtisadiyyatının əsasını sənaye, xidmət və bank sektoru təşkil edir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.