Bizimsesimiz.info // Ukraynada əhalisinin sayı əvvəlki il ilə müqayisədə 102,6 min nəfər azdır.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Dövlət Statistika Xidməti yayıb. Məlumata görə, ölkə əhalisinin sayı cari il iyunun 1-nə 42 milyon 482 min nəfərdir. Bu rəqəm ilin əvvəli ilə müqayisədə 102,6 min nəfər azdır.

Açıqlamada yanvar-may aylarında Ukraynada 147 138 uşağın doğulduğu bildirilib. Ötən ilin müvafiq dövründə bu rəqəm 159 548-ə bərabər olub.

Yanvar-may aylarında Ukraynada ölənlərin sayı ötən ilə müqayisədə 13 min artaraq 106 430 nəfər olub.

Məlumatda Ukraynada hər 100 nəfər ölənin müqabilində 58 nəfərin doğulduğu bildirilir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here