Bu ölkəni ABŞ-dan öncə kül edəcəyik – PXENYAN

Yaponiya ölkəmizə qarşı düşmən siyasətindən imtina etməsə, ABŞ-dan öncə bu ölkəni külə çevirəcəyik.

Bizimsesimiz.info axar.az saytına istinadən xəbər verir ki, bu sözləri Şimali Koreyanın Sülhün Təminatı Komitəsinin rəhbəri Pak Çonq deyib.

“Əgər həqiqətən də Yaponiya hökumətinin təhlükəsizliyi ilə bağlı narahatlığı varsa, o zaman ərazisində yerləşən ABŞ hərbi bazalarının fəaliyyətini dayandırmalıdır. Unutmasınlar ki, Şimali Koreya rəhmsiz və yenilməz bir ölkədir”, – Çonq bildirib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.