“Bu şeylərə görə içimdə böyük peşmançılıq var”- Əlli yaşlı Şahbaz Xuduoğlu…

Dünən “Qanun” nəşriyyatının direktoru, naşir Şahbaz Xuduoğlunun əlli yaşı tamam oldu.
Doğum günün münasibəti ilə Moderator.az -a açıqlamasında Şahbaz Xuduoğlu bildirdi ki, əlli yaş çox ciddi və həyəcanlı yaşdır:
“Əlli yaşı yaşayanlar bilir, yaşamayanlara da demək istəyirəm ki, bu çox ciddi və həyəcanlı yaşdır. Bu yeganə yaşdır ki, adam yaşadığı həyatını bir kino lenti kimi gözünün qabağından keçirmək istəyir. Burda ümidsizlik yoxdu, əslində adamda daha çox iş görmək ehtirası yaranır. Gördüyüm işlərlə bağlı düşünəndə hesab edirəm ki, onlar mənim mənəvi varisimdi. Bu işləri görmək də yenə də davam edəcəm. Əlbətdə ki, çox şeylər də var ki, onları həyata keçirə bilməmişəm. Arxaya çevrilib baxanda görürsən ki, özünü inkişafa daha çox vaxt sərf etmək olardı. Bu şeylərə görə içimdə böyük peşmançılıq var. Kitab oxumağa, dil öyrənməyə daha çox vaxt ayırmaq olardı”.
Ş.Xuduoğlu kitabla bağlı gördüyü işlərdən də danışıb:
“Əlsində biz “Hüquq” nəşriyyatı kimi yaranmışdıq. Sonradan bu sahəni genişləndirərək müxtəlif sahələrə inteqrasiya etdik. Müxtəlif növdə bəddi və uşaq ədəbiyyatı kitabları nəşr etdik. Bizim ilk dəfə Azərbaycan dilində olan kitablarımız dükanlara çıxarılanda, onları götürmək istəmirdilər ki, Azərbaycan dilində kitab satılmır. Amma biz buna inandırmaq və əmin etmək yoluyla nail olduq. Kitablar yarmarkalara, küçələrə çıxarıldı. Kitabları daha çox satmağa yox, təqdim etməyə çalışdıq. İndi hər gün biz bir kitab nəşr edirik. Diqqətiniz üçün hamınıza təşəkkür edirəm”.

3 COMMENTS

  1. 7f, Supplementary Data 2 and Supplementary Figs 9 11 can i buy cialis online lariam metformin hydrochloride ip 500 mg It is not acceptable to delay elections and force a commitment from the Socialists on austerity policies that have led the country to a social, political and economic disaster, said former Socialist leader Eduardo Ferro Rodrigues

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir