Rusiyanın  Maqnitoqorsk şəhərində Hakim Usmanaliyev adlı bir marşrut taksi sürücüsü sərnişinləri həftədə bir dəfə pulsuz daşıyır.  Moderator.az rusdilli İslam saytlarına istinadla xəbər verir ki,  bu barədə məlumatı yerli sakin Aliya Safıullina  sosial şəbəkədə paylaşıb.  Qadının sözlərinə görə, sürücüyə gediş haqqı üçün pul təklif edəndə o, qəbul etməyib…

“Səhər 39 saylı marşrutla  işə gedirdim. Sürücüyə gediş haqqını vermək istəyəndə o belə cavab verdi: “Xeyirxahlıq günüdür, xanım. Sizə xidmət etməyə çox məmnunuq..”  – deyə sərnişin razılığını ifadə edib.

Məlum olub ki, bu müsəlman kişi  İslamda mübarək bir gün hesab edilən Cümə günü özünün təşəbbüsü ilə  “Allahın razılığını  qazanmaq üçün Xeyirxahlıq günü” aksiyası çərçivəsində sərnişinləri tamamilə pulsuz daşıyır.

Mikroavtobusun salonunda elan asılıb: “Əziz sərnişinlər! Bu gün bu maşında gediş pulsuzdur!”…

Sultan Laçın

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here