Bizimsesimiz.info // “Suriyada başqa bir dövlətin qurulmasına əsla icazə verməyəcəyik”.

Bizimsesimiz.info  “Report”a istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli icra başçılarının 39-cu toplantısında bildirib.

“Terror qruplaşması PYD və YPG-nin (hər ikisi terrorçu PKK qruplaşmasının Suriyadakı qollarıdır – “Report”) “dövlət” qurmasına imkan verməyəcəyik. Bəziləri “kürd dövləti” deyib durur. Suriyada başqa bir dövlətin qurulmasına əsla icazə verməyəcəyik. Bu vətəni bölməyə çalışanlara hər tərəfi məzar edərik”, – dövlət başçısı vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, Suriyanın şimalında 2 min kvadratkilometr Türkiyənin nəzarəti altındadır: “Cerablus, Rai, Əl-Babı terrorçulardan təmizlədik. Oradakı 2 min kvadratkilometrlik sahəyə nəzarət edirik. Onların hədəfi Aralıq dənizinə çıxmaqdır. Cudi, Tendürek, Kandil, Gabarda terrorçulara qarşı apardığımız mübarizəni hər yerdə davam etdirəcəyik”.

Qeyd edək ki, terrorçu PKK-nın Suriyadakı qolları havadarlarının yardımı ilə Aralıq dənizinə çıxmağı hədəfləyirlər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here