Bizimsesimiz.info // Şri-Lankada ekstremizm tərəfdarı buddist rahiblərin başçılığı altında bir qrup paytaxt Kolomboda arakanlı müsəlman qaçqınlar üçün yaradılan Birləşmiş Millətlər Təşkilatı (BMT) rəhbərliyindəki evə hücum edib.

Təcavüzkar qrupun binaya daş atdığı və binanın birinci mərtəbəsindəki əşyalara zərər verdiyi qeyd olunub.

Hadisədə 2 polis yaralanıb. Aralarında 16 uşağın olduğu 30-dan çox arakanlı müsəlmandan isə yaralanan olmadığı açıqlanıb.

“France Press”-ə danışan polis rəsmisi “Qrupun qarşısını aldıq və qaçqınlar daha təhlükəsiz yerə aparılıb”, – deyib.

Xatırladaq ki, evdəki arakanlı müsəlmanlar 5 ay əvvəl açıq dənizdə Şri-Lanka donanması tərəfindən xilas edilmişdi.

3-cü bir ölkəyə göndərilməsi planlaşdırılan qaçqınların sənədləri tamamlanana qədər Şri-Lankada qalmasına icazə verilmişdi.

Polis hadisədə iştirak edənlərin və insanları qızışdıran buddist rahiblərin şəxsiyyətini müəyyən etmək üçün araşdırma başlatdığını bildirib.

Şri-Lankadakı ekstremist buddist rahiblərin Myanmadakı qatı millətçi dindaşları ilə yaxın əlaqələri var. İki qrup da daha əvvəl arakanlı müsəlmanlara qarşı zorakılıq hadisələrini qızışdırmaqda günahlandırmışdı.

Qeyd edək ki, Myanmada son yaşanan zorakılıq hadisələri səbəbiylə yüz minlərlə arakanlı müsəlman qonşu Banqladeşə qaçıb. //eastnews.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here