“Bütün islam dünyası Azərbaycanın təşəbbüsünə qoşulmalıdır” – Millət vəkili

Bizimsesimiz.info // Elman Məmmədov: “Yüz minlərlə müsəlman zorakılığa məruz qalır, amma Qərb heç bir əməli addım atmır”

Azərbaycan Myanmada Rohingya müsəlmanlarına qarşı həyata keçirilən kütləvi zorakılıqdan əziyyət çəkənlərə dəstək məqsədi ilə bu ölkəyə humanitar yardım göndərib.

Maraqlıdır, ölkəmizin bu addımı Azərbaycanın islam həmrəyliyi yolunda atdığı növbəti addım kimi xarakterizə edilə bilərmi?

Moderator.az -a açıqlama verən millət vəkili Elman Məmmədov Azərbaycanın bu addımının hər kəs üçün nümunə olduğuna diqqət çəkdi:

“Azərbaycan bu hərəkəti ilə sübut edir ki, başqalarından, eləcə də Avropanın, Qərdin özündən fərqli olaraq onun əməli ilə sözü bir-birini tamamlayır. Azərbaycan islam həmrəliyi ideyası ilə çıxış edir, islam həmrəyliyini təbliğ edir, islam dünyasında bu həmrəyliyin mövcudluğu üçün addımlar atır.
Myanmaya göndərilən yardım bizim sözlərimizin növbəti bir təsdiqidir. Bütün islam dünyası Azərbaycanın bu təşəbbüsünə qoşulmalıdır. Görün nə qədər haqsızlıq var ki, müsəlman olduğuna görə yüz minlərlə insanın başına müsibət açılır. Ancaq söz azadlığından, demokratiyadan danışan BMT, Avropa və s. hələ də barmağını barmağının üstünə qoymuş deyil. Sadəcə, baş verənlərə münasibət bildirirlər. Niyə ancaq münasibət bildirirlər, niyə tədbir görmürlər? Bu münasibət xristianların başına gətirilsəydi belə susacaqdınızmı? Xeyr, susmayacaqdınız. Biz bunu bilirik.

Mən prezident cənab İlham Əliyevin bu təşəbbüsünü alqışlayıram. Bu dövlətimizin, xalqımızın, prezidentimizin islam dünyasında həmrəyliyin bərqərar olması üçün atdığı növbəti addımdır”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir