Sözləri və mahnılarıyla milyonların sevgisini qazanan Barış Mançonun ölümündən 21 il ötür.
Moderator.az xəbər verir ki, o, 1999-cu il fevralın 1-də dünyasını dəyişib. Təkcə mahnılarıyla deyil, örnək davranışlarıyla insanların ürəyinə yol tapan Barış 1943-cü il yanvarın 2-də dünyaya gəlib. Dünyaya gəlişi İkindi Dünya Müharibəsinə təsadüf etdiyi üçün həyatının bütün anlarında müharibə izlərinə rast gəlinib.
Barış Mançonun anası Rikkat Uyanık Dövlət Konservatoriyasında Klassik Türk Sənəti Musiqisi sənətçisi olub. Hətta Zəki Mürənin müəlliməsi olub. Barış anası və ətrafındakıların sayəsində musiqini sevməyə başlayıb.
İlk musiqi qrupunu 1958-ci ildə yaradıb…
1957-ci ildə həvəskar musiqiçi kimi işə başlayan Barış 1958-ci ildə ilk dəfə olaraq “Kafadarlar” qrupunu yaradıb. O, bu dövrdə ilk bəstəsi olan “Dream Girl”-ü ərsəyə gətirdiyi üçün Ankarada kiçik musiqi mükafatına layiq görülüb.
Bığ saxlamasının səbəbi…
1967-ci ildə Hollandiyada keçirdiyi bir qəza səbəbindən dodağında çapıq olduğu üçün o, bığ saxlamağa başlayıb. Türkiyədə “Qayğısızlar” qrupu 1960-cı ildə fəaliyyət göstərən bir rok qrupu olub. Barış Mançoyla işlədikləri üçün tanınan qrup rəhbərlərindən Mazhar Alanson və Fuad Günər daha sonra “MFÖ” qrupunu yaradıblar. Qrupa o vaxt keçmiş musiqiçilərdən Fikrət Qızılox rəhbərlik edib.
Ona qarşı edilən sui-qəsdin səbəbi…
Monqollarla birlikdə olan Barış çıxdığı Anadolu turunda uzun saçlarına görə təhdid edilir. Konsert proqramında  sonra ona sui-qəsd hazırlanır və dinamit partladılsa da, heç kim xəsarət almır.
Üç illik sevgilisi ilə evlənsə də, günlər sonra boşanmaq qərarına gəlib…
Barış Manço üç illik sevgilisi belçikalı Marie ilə evlənsə də bir müddət sonra boşanmağa qərar verib. Nigahın üstündən 47 gün keçəndən sonra o, boşanmaq üçün məhkəməyə müraciət edib. Barış ərizəsində bunları yazıb: “Bir-birimizlə anlaşa bilməyəcəyimizi anladıq. İnanıram ki, ayrılmaq ikimiz üçün də yaxşı olacaq”. Marie Klaude Türkiyədə bəzi reklamlara çəkilib və elə onların nağıl kimi sevgiləri də burdan başlayıb. Evliliyi 47 gün sürsə də, rəsmi qaydada 6 ay sonra, 16 iyul 1970-ci ildə boşanıblar. 1975-ci ildə o, Lalə Çağlar adlı qadınla ailə qurur və bu evlilikdən Mançonun iki övladı dünyaya gəlir. .
1976-cı ildə bir layihəyə başlayaraq Avropada Barış Manço adıyla tanınmağa başlayıb. Layihə çərçivəsində o, ancaq ingilis dilində olan mahnılardan ibarət bir albom ərsəyə gətirib. Həmin albom 1977-ci ildə Türkiyədə satışa çıxarılıb və çox məşhur olub.
 “7-dən 77-yə” proqramı…
TRT 1-də uşaqlar və ailələr üçün əyləncəli proqram olaraq yayımlanan “7-dən 77-yə” 1988-ci ilin oktyabr ayından başlayaraq 1998-ci ilin iyun ayına qədər 378 dəfə ekrana çıxaraq rekord qırıb.
 Bələdiyyə sədrliyinə namizədliyi…
1994-cü ildə Tansu Çillerin başçılıq etdiyi Doğru Yol Partiyasından Kadıköy bələdiyyə sədrliyinə namizədliyini irəli sürsə də, sonradan səhhətindəki problemlərə görə namizədliyini geri götürüb.  O, 1991-ci il fevralın 1-də infarkt keçirərək dünyasını dəyişib.
Allah rəhmət eləsin!
 
Vasif Əlihüseyn

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here