Bizimsesimiz.info  // Cənubi Sudanda 12 milyona yaxın ölkə əhalisinin yarısından çoxunun  aclıq təhlükəsilə qarşı-qarşıya olduğu bildirildi.

Cənubi Sudan Milli Statistika İdarəsinin hesabatında 6,8 milyon insanın ərzaq çatışmazlığına görə aclıq təhlükəsilə qarşı-qarşıya olduğu qeyd edilib.

Hesabatda bildirilib ki, ölkədəki toqquşma mühiti və həmin səbəbdən insanların ev-eşiklərindən edilməsi ərzaqda çatışmazlıq yaradır, bu da kifayət səviyyədə məhsul istehsalı ilə insanlara bölüşdürülməsinə mane olur. Həmçinin ölkədə makroiqtisadi sabitliyə mənfi təsir edir. Aclıq təhlükəsilə qarşı-qarşıya olan milyonlarla insanın bu vəziyyətdən xilas ola bilməsi üçün təcili yardıma ehtiyac var.

BMT Tərəqqi Proqramı (UNDP) Humanitar Yardım üzrə koordinatör müavini Alain Noudehou Cənubi Sudanda təcili olaraq humanitar yardıma ehtiyacı olan adam sayının təşviş doğuran səviyyədə olduğunu söyləyib.

O mövcud vəziyyətin ölkədə indiyədək yaşanan ən ciddi qida böhranı olduğunu ifadə edib.

Qeyd edək ki, Sudandan ayrılaraq 2011-ci ildə müstəqilliyini elan edən Cənubi Sudanda Dövlət başçısı Slava Kiir Mayarditin 2013-cü il dekabrın 16-da müavini Riek Macharı çevrilişə təşəbbüs iddiası ilə vəzifədən çıxarmasından sonra vətəndaş müharibəsi yaranmışdı.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here